Varlığına sevindiyim, ömrünə dua etdiyim, tanıdığıma şükür etdiyim İnsan
Ağasəf İmran adı gələndə sözün həqiqi mənasında, tanıdığım, bildiyim adamlar içərisində varlığına sevindiyim, ömrünə dua etdiyim, tanıdığıma şükür etdiyim elm və söz insanini görürəm. Təbəssümü ilə ətrafındakılara sevinc paylayan nurani bir insan, öyüdlərini-nəsihətlərini əsirgəməyən müdrik ağsaqqal, dar gündə ona sığınanı darda qoymayan möhtərəm dost, xalqı üçün ömrünü elmə, təhsilə və tədrisə həsr etmiş nurani bir […]
