Category: ELM VƏ HƏYAT

Təhsilimiz 35 ildir ki, çökür

ELAZ.İNFO Təhsil tariximizdə son 10 ildə olduğu kimi, heç vaxt belə anarxiya, tənəzzül olmayıb. Son 10 ildə dünya təhsilinin sürətli inkişaf dövründə, sürətli rəqəmsal tranformasiyası zamanında biz dərslik nədir, şaftalı sözü necə yazılmalıdır, kvadratın perimetri necə tapılmalıdır v.s. haqda səviyyəsiz müzakirələr aparırıq. Kimlərlə? Şərabsatanlarla, şəkərsatanlarla, çaysatanlarla?Elm və təhsilimizin idarəedilməsində son 100 ildə, heç vaxt bu […]

Davamını oxu

Abidələr əsrlərin dərinliklərinə gedib çıxan türk bədii irsinin canlı şahidləridir

Füzulinin Kürtmahmudlu kəndində XIX–XX əsrlərə aid daş plastikası nümunələri yerləşir. ELAZ.İNFO-ya danışan tarixçi-tədqqiqatçı Sabit Coculu deyir ki, “Bu abidələr forma incəliyi və bəzək zənginliyi ilə seçilir. Maraqlıdır ki, həmin naxışların bir çoxu daha qədim dövrlərə aid abidələrdə də rast gəlinir — bu isə daş oyma sənətinin nəsildən-nəsilə ötürülən fasiləsiz ənənəsindən xəbər verir. Bu qəbir daşlarının […]

Davamını oxu

Qafqazda hərbi topoqrafiya üzrə general-mayor -İbrahim ağa Vəkilov

ELAZ.İNFO xəbər verir ki, bu gün topoqrafiya üzrə ilk azərbaycanlı mütəxəssis, general-mayor, Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyət -İbrahim ağa Vəkilovun dünyaya gəldiyi gündür. İbrahim ağa Vəkilov Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi, ilk hərbi bayrağımızın tərtibçisi, 1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı olmuşdur. Müqəddəs […]

Davamını oxu

Ulduz gəmiləri gəlir

ELAZ.İNFO xəbər verir ki, SpaceX kritik həddə çatıb. Ulduz gəmiləri gəlir. Bazar ertəsi SpaceX, Starship raket proqramında hadisəli, lakin ibrətamiz bir fəsil bağlayaraq, demək olar ki, qüsursuz sınaq uçuşunu tamamladı. Cənubi Texasdan buraxılan nəhəng paslanmayan polad kosmik gəmi yarımkürəni dövrə vuraraq planlaşdırıldığı kimi Hind okeanına çatıb. Günel GÜNTAC

Davamını oxu

Koskuduk Petroqlifləri və daş oymaları

Koskuduk Petroqlifləri və daş oymaları ( kap mark) Aktau şəhəri yaxınlığında, Koskuduk adlı ərazidə yerləşən qədim qayaüstü rəsmlər və daş oymaları (çuxurlar) bölgənin ən qiymətli arxeoloji irs nümunələrindəndir. Bu təsvirlər minilliklər öncə burada yaşayan insanların dünyagörüşü, inancı və rituallarından xəbər verir. Məşhur arxeoloq, tarix elmləri doktoru Zainulla Samashevin rəhbərliyi ilə tərəfimizdən abidənin səthi təmizlənmiş, həmçinin […]

Davamını oxu

Azərbaycan torpaqlarının parçalanması tarixindən

1813-cü il 12 oktyabr tarixində Romanovlar (Rusiya) və Qacarlar (İran) dövlətləri arasında Azərbaycan torpaqlarını ikiyə bölən Gülüstan müqaviləsi imzalandı. Nadir şahın ölümü (1747), imperiyanın dağılması, Azərbaycan ərazisində dağınıq halda xanlıqların yaranması, yenidən Rusiya imperiyasını Qafqaza cəlb etmişdir. Rus imperatoru I Pavelin vəfatından sonra taxta çıxan oğlu I Aleksandr 1801-ci ildə çar Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi […]

Davamını oxu

Pavel Durov: -“Mənim vaxtım tükənir”

Bu gün Telegram-ın yaradıcısı Pavel Durov öz hesabında aşağıdakıları yazıb: -“41 yaşım tamam olur, lakin mən bunu qeyd etmək istəmirəm. Atalarımızın bizim üçün yaratdığı azad interneti xilas etməyə bizim nəslin çox az vaxtı qalıb. Vaxtilə azad informasiya mübadiləsi vasitəsi kimi yaradılan internet indi əsas nəzarət alətinə çevrilir. Vaxtilə azad olan ölkələr indi rəqəmsal şəxsiyyət vəsiqəsi […]

Davamını oxu

UNEC-in beynəlxalq uğuru – Azərbaycan təhsilinin yeni mərhələsi

Prezident İlham Əliyevin “Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır!” tapşırığının icrası istiqamətində UNEC növbəti böyük uğura imza atdı. 2026-cı il üçün Times Higher Education (THE) Dünya Universitetləri Reytinqinin nəticələrinə əsasən, UNEC ilk dəfə olaraq dünyanın ən yaxşı 1000 universiteti sırasında yer aldı. Azərbaycanğ Dövlət İqtisad Universiteti (UNEC) THE dünya universitetlər reytinqinə ilk dəfə […]

Davamını oxu

“Dənizlə dua arasında: Nardaran kahinlərinin əfsanəsi”

ELAZ.İNFO Bakının sevdiyim kəndlərindən biri Nardarandır. Hər dəfə bura gedəndə mistik bir aura hiss edirəm. Dərin bilikli ağsaqqalları, qədim adətlərin qorunduğu bir mədəni həyat, abidələr orda insanı özünə bağlayır.Burada istehkam xarakterli abidələrin üzərindəki epiqrafik əlyazmaların arasında sərkərdələrin, Şirvanşahlar dövlətinin fəal siyasi xadimlərinin adlarına rast gəlinir və araşdırma etdikcə daha qədim və mistik abidələr üzərində yazılar […]

Davamını oxu

Kağız üzərində olan saxta bir görüntü

Bizə yalan reytinq lazımdırmı? Stanford Universitetinin açıqladığı “dünyanın ən nüfuzlu alimlərin 2%-i” siyahısında Azərbaycan üzrə 41 tədqiqatçının adı çəkilməsi ilk baxışdan qürur doğurur. Amma bu məlumatlara dərindən baxanda ortaya çox ciddi manipulyasiya və etik problem çıxır. Siyahıda bəzi universitetlərin adları çoxlu sayda “alim”lə təmsil olunur, lakin həmin şəxslər nə o universitetdə işləyirlər, nə də Azərbaycanda […]

Davamını oxu