O şəhid qardaşlarının ruhumu çəkib aparır səni?
Cəsur kəşfiyyatçı Səyyaf Əhmədova ithaf Ağılım söz kəsəndən yalana nifrət etmişəm. Kimin dilindən səslənməsinə, hansı müəllifin qələmindən yazılmasına baxmayaraq həqiqət libasına bürünən yalana, məqsədindən asılı olmayaraq ikrahla baxmışam. Bu gün, bax elə bu saatlarda isə eşitdiyim xəbərin yalan olmasını bütün varlığımla, qeyri-adi istəklə arzulayıram. Nə olar, dünya ha dağılmaz ki, bir xəbərin yalan olması arzum […]
