02.05.2025 CƏMİYYƏT

“Qərbi Azərbaycanın qədim adət-ənənələri, toponimləri, tarixi və coğrafiyası” mövzusunda maarifləndirici tədbir keçirilib

ELAZ.İNFO, BAKI, 02.05.2025. elazinfo.com/ xəbər verir ki, 1 may 2025-ci il tarixdə Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin təşkilatçılığı ilə Kimya-Biologiya təmayüllü Respublika liseyində “Qərbi Azərbaycanın qədim adət-ənənələri, toponimləri, tarixi və coğrafiyası” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi […]

Davamını oxu
02.05.2025 CƏMİYYƏT

Soydaşlarımız Kanadada Azərbaycan kitablarına qadağaya etiraz edir

ELAZ.İNFO, BAKI, 02.05.2025. elazinfo.com/ xəbər verir ki, Kanada Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyəti yerli kitabxanalarda Azərbaycan dilində nəşrlərə qarşı tətbiq edilən qərəzli yanaşmaya etiraz olaraq petisiya hazırlayıb. Petisiyada uzun müddətdir Kanadanın kitabxanalarında nə uşaqlar, nə gənclər, nə də böyüklər üçün Azərbaycan dilində heç bir nəşrin olmadığı bildirilib. Həmin kitabxanalara ədəbiyyatımıza aid nümunələrin bağışlanması üçün dəfələrlə müraciət edilsə […]

Davamını oxu
02.05.2025 ŞƏRHLƏR

Mehmet Emin Həzrət: -“Buna soyqırım deyilir”

ELAZ.İNFO, BAKI, 02.05.2025. Xalqlar və talelər. Hər bir xalq toplu halda öz taleyini həll edir. O ya istədiyi mübarizə yolunu seçərək özünün azadlığını, hürriyyətini qazanır, ya da zülmə, işgəncəyə, istibdada boyun əyərək, boyunduruq altında yaşayır. Bu gəlişi gözəl sözlərin altında çıxılmaz bir uçurum da var. Elə bir uçurum ki, üfüqdə belə işıq görünmür. Təklənmiş, unudulmuş, […]

Davamını oxu
02.05.2025 İNCƏSƏNƏT

Ajda Pekkan: -“Əməksiz heç nə olmaz”

elazinfo.com/ xəbər verir ki, Ajda Pekkan həmkarlarından fərqli olaraq 1 Mayı fərqli şəkildə qeyd edib. Tükiyənin “Yurd” qəzeti yazır ki, məşhur sənətçi sosial media hesabında süni intellekt texnologiyasından istifadə edərək özünü işçi kimi təqdim edən görüntülərini paylaşıb. Sənətçinin paylaşdığı süni zəka ilə yaradılan görüntülər arasında “Həkim Ajda Pekkan”, “Təmizlikçi Ajda Pekkan”, “Fermer Ajda Pekkan”, “Biçən Ajda […]

Davamını oxu
02.05.2025 SAĞLAMLIQ

50-dən sonra qarın yağlarını əridən çaylar

Həkimlər, dietoloqlar adətən 50 yaşdan sonra qarın yağının qarşısını almaq və ya azaltmaq üçün səhərlər bir az çay içməyi, idman etməyi və sağlam qidalanmağı məsləhət görürlər. Bəs 50 yaşdan sonra qarınsız yaşamaq üçün səhərlər hansı çayı içmək lazımdır? Gəlin birgə oxuyaq… ALMA SİRKƏSİ Alma sirkəsi maddələr mübadiləsinin fəaliyyətinə kömək edərək onu sürətləndirir. Yemək yeməzdən öncə […]

Davamını oxu
02.05.2025 ŞƏRHLƏR

NİYƏ PAKİSTAN?

ELAZ.İNFO, BAKI, 02.05.2025. Pakistan Xocalını soyqırım kimi tanıyan ilk ölkədir. Pakistan Ermənistanı dövlət kimi tanımayan dövlətdir. Pakistanlılar İsraili dövlət kimi tanımayan bir xalqdır. Rusiya-Türkiyə böhranında “Türkiyənin nüvə silahı yoxdursa, biz də varıq”- deyən qardaş ölkədir Pakistan. Pakistan -Türk Qurtuluş Savaşı zamanı zinət əşyalarını sataraq Türkiyəyə pul göndərən, o pulla silah almağımıza icazə verən, müharibəni qazandıqdan […]

Davamını oxu
02.05.2025 CƏMİYYƏT

Biz adi, sıravi insanlar haqqında niyə yazmayaq ki?

Yağış yağırdı, işə getmək üçün taksi sifariş etmək istəyirdim. Nə sirdirsə, yağışlı havalarda nəqliyyat da yaxşı işləmir, yollarda tıxaclar da həmişəkindən betər olur. Lakin bu yaxınlarda Bolt taksi xidməti ilə bağlı baş vermiş hadisə yadıma düşəndə əlimi bir anlığa saxladım. Sonra “Allaha təvəkkül” deyib sifariş düyməsini basdım. Maşın qonşuların maşınlarına görə naqolay zəncirlənmiş darısqal küçəmizə […]

Davamını oxu
02.05.2025 İQTİSADİYYAT

“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

elazinfo.com/ xəbər verir ki, 18-21 iyun 2025-ci ildə Bakı Ekspo Mərkəzində 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək. Sərgidə 300-ə yaxın yerli şirkət öz məhsullarını sərgi iştirakçılarına təqdim edəcək. Məlumat üçün bildirək ki, sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), və Marsol Group-un birgə təşkilatçılığı ilə baş tutacaq. Günel GÜNTAC

Davamını oxu
02.05.2025 HADİSƏLƏR

Kamran Əliyev yenidən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olundu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 may 2025-ci il tarixli Sərəncamı ilə hörmətli Kamran Əliyevin yenidən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olunması münasibətilə səmimi təbriklərimizi bildiririk! Bu yüksək təyinat, ölkəmizin hüquq sistemində həyata keçirilən islahatlara, qanunun aliliyinin təmin olunmasına və prokurorluq orqanlarının fəaliyyətində şəffaflıq, peşəkarlıq və obyektivlik prinsiplərinə sadiq qalınmasına verilən böyük dəyərin […]

Davamını oxu
Bu gün hava necədir?
02.05.2025 HAVA MƏLUMATI

Bu gün hava necədir?

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə […]

Davamını oxu