03.06.2025 GÜNDƏM

Ukrayna prezidentinin ofis rəhbəri ABŞ-a səfər edəcək

ELAZ.İNFO, BAKI, 03.06.2025. ELAZ.İNFO xəbər verir kİ,Ukrayna prezidentinin ofis rəhbəri Andrey Yermak Amerikaya səfər edəcək. Dünən Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Amerika tərəfi ilə iqtisadi və müdafiə sazişləri üzrə danışıqlar aparılır. Onun sözlərinə görə, Ukrayna Amerikaya azad ticarət haqqında sazişlər də təklif etmək istəyir. Aydan ŞƏRBƏTOVA

Davamını oxu
03.06.2025 CƏMİYYƏT

Nəfsin qazandığı xeyir də, şər də özü üçün xeyirli və zərərlidir

Hər kəs öz yükünü daşıyacaq… Allah-taala biz insanların zahir və batinini, Özü yaratdığı üçün bizə özümüzdən də yaxşı bələddir. Bu səbəbdən də Allah heç bir kəsin boynuna daşıya biləcəyi yükdən artıq yük yükləməz. Aşağıdakı ayədə buyurulduğu kimi biz özümüz gücümüzdən artıq yüklər ilə özümüzü yükləyirik. Bu yüklər də, Allahın qəzəbinə səbəb olduğu üçün bizləri bu […]

Davamını oxu
03.06.2025 MARAQLI

Yaxşı, dürüst, pak insanlara anormal kimi baxırlar…

Bir tülkünün quyruğu qayanın altında qalır. Xilas olmaq üçün məcbur qalıb quyruğunu kəsir. Yolda gedəndə başqa bir tülkü bunu görüb soruşur: — Quyruğunu niyə kəsmisən? Quyruğu kəsik olan tülkü deyir: — Belə çox gözəldir. Özümü çox xoşbəxt hiss edirəm. Sevincimin həddi-hüdudu yoxdur. Bunu eşidən digər tülkü də gedib quyruğunu kəsir. Şiddətli ağrılar içində məsləhət verən […]

Davamını oxu
03.06.2025 CƏMİYYƏT

İnkişafın yolu elmdən, əxlaqdan və insan sevgisindən keçir

Bu gün cəmiyyətimizin bəzi qatlarında müşahidə olunan reallıqlar təkcə bir sosial təbəqənin yox, bütövlükdə xalqın gələcəyini təhdid edən ciddi problemlərdən xəbər verir. El dili ilə desək, “qaraçılar” — əslində etnik və ya sosial mənsubiyyətindən asılı olmayaraq — bəzi insanlarımız elə bir həyat tərzi yaşayırlar ki, bu həyat tərzi nə hüquqa, nə əxlaqa, nə də insanlıq […]

Davamını oxu
03.06.2025 CƏMİYYƏT

Unudulmazlar- Eldar Tağızadə

ELAZ.İNFO xəbər verir ki, 3 iyun 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Eldar Tağızadənin şəhidlik zirvəsinə ucaldığı gündür. Allah bütün şəhidlərimizə rəhmət etsin! Eldar Tağızadə 1963-cü il 6 sentyabr Bakı şəhərində anadan olmuşdur. 1970-1980-cı illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil almışdır. Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il […]

Davamını oxu
03.06.2025 MƏDƏNİYYƏT

Turizm potensialı “bazarlarda” deyil, tarixdə, insanlarda və özünü qoruyub saxlaya bilən ənənələrdədir

Mənəvi dəyərlərin “qorunması”… ELAZ.İNFO xəbər verir ki, 24–25 may tarixlərində “Daş Salnamə Muzeyi”ndə Azerbaijan Fashion Week-in 18-ci mövsümü keçirib. Tədbirin təşkilində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən YARADICI — Mədəni və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzi iştirak edib. Daş Salnamə Muzeyi — Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş muzeydi. Ekspozisiyanın əsas hissəsi Azərbaycanın müxtəlif bölgələrində […]

Davamını oxu
03.06.2025 MARAQLI

Firuzə- ölümə qalib gələn daş

“Firuzə” sözünün çox maraqlı tarixçəsi var. Firuzə fars dilində “piruze” sözündən yaranıb. “Piruze” “qalib gələn” deməkdir. Bizdə olan Piruz (Firuz) adı Qalib adının analoqudur. Bəs niyə qiymətli daşa piruze adı qoyulmuşdu? Məsələ burasındadır ki, firuzə daşının belə bir xassəsi var: zəhərli maddələrlə təmasdan onun rəngi bulanır. Bu xassəsinə görə bütün İran şahları barmaqlarında firuzə qaşlı […]

Davamını oxu
03.06.2025 KRİMİNAL

Ruben Vardanyanın məhkəmə prosesi davam etdirilir

ELAZ.İNFO, BAKI, 03.06.2025. ELAZ.İNFO xəbər verir kİ,Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. elazinfo.com/ bildirir ki,proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ən az 16 və digər maddələrində nəzərdə […]

Davamını oxu
03.06.2025 ELM VƏ HƏYAT

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir

ELAZ.İNFO Elm və Təhsil Nazirliyinə istinadən bildirir ki, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsi tərəfindən həyata keçirilən “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində ali təhsil müəssisələrində strateji görüşlər təşkil edilir.  Ali təhsilin inkişafı və keyfiyyətinin yüksəldilməsi məqsədilə həyata keçirilən bu layihə çərçivəsində ali təhsil müəssisələrində təşkil edilən görüşlərdə sözügedən təhsil sahəsində aktual məsələlər […]

Davamını oxu
03.06.2025 SAĞLAMLIQ

Naxçıvan Muxtar Respublikasında 17 rəqəmsal təşəbbüs reallaşdırılıb

ELAZ.İNFO xəbər verir ki, ötən il ərzində Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında 17 rəqəmsal təşəbbüs reallaşdırılıb. Ölkənin səhiyyə sahəsində lazımi funksiyaların həyata keçirilməsində önəmli əhəmiyyət kəsb edən bu təşəbbüslər ölkə əhalisinin sağlamlığının qorunmasında və idarə edilməsində əsas şərtlərdəndir. Məlumat üçün bildirək ki, artıq bu ildən etibarən vətəndaşlar “Dərman vasitələrinin izlənməsi və monitorinqi sistemi”, […]

Davamını oxu