14.08.2025 İQTİSADİYYAT

Bu günə olan valyuta məzənnəsi

ELAZ.İNFO xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyib, belə ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi 1,7000 manat təşkil edir. Onu da qeyd edək ki, 1 avronun məzənnəsi 0,2 % artaraq 1,9894 manat, 100 Rusiya rublunun məzənnəsi isə 0,09 % azalaraq 2,1364 manat olub.

Davamını oxu
13.08.2025 KRİMİNAL

Xarici valyutanın gizli şəkildə keçirilməsinin qarşısı alındı

Gömrük nəzarətindən gizlədilən xarici valyuta aşkar edildi ELAZ.İNFO Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində xarici valyutanın ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizli şəkildə keçirilməsinin qarşısı alınıb. Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda yük nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsində və sürücünün üzərində gömrük nəzarətindən […]

Davamını oxu
13.08.2025 KRİMİNAL

5 kiloqrama yaxın narkotik vasitə aşkar edildi

ELAZ.İNFO Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 12-də ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə, kultivasiya yolu ilə yetişdirilmiş 73 çətənə kolu götürülüb, yabanı halda bitmiş 1800 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Davamını oxu
13.08.2025 İDMAN

Yeni dünya rekordu

ELAZ.İNFO xəbər verir ki, dirəklə tullanma üzrə yeni dünya rekordu qeydə alınıb. Bu rekordu isveçli Armand yeniləyib. O, Budapeştdə 6,29 metr hündürlüyə tullanaraq 13-cü dəfə dünya rekorduna imza atıb. Gülzar İSAYEVA

Davamını oxu
13.08.2025 İDMAN

İmaməddin Xəlilov liderliyini qoruyub saxlayır

ELAZ.İNFO-nun əldə etdiyi məlumata görə tanınmış paralimpiya üzrə çempion İmaməddin Xəlilov (70 kq) dünya reytinq sıralamasına liderlik edir. Məlumat üçün bildirək ki, İmaməddin Xəlilov Dünya Parataekvondo Federasiyasının bəyan etdiyi reytinq cədvəlində 662.85 xalla liderliyini qoruyub saxlayır. İslam MAHMUDOV

Davamını oxu
13.08.2025 KRİMİNAL

Mahmudçala məhv olur

ELAZ.İNFO xəbər verir ki, Biləsuvar rayonunun Mahmudçala deyilən ərazisində ekoloji fəlakət halı yaşanır.Susuzluqdan təbiətə ziyan dəyir.Mahmudçalaya töküləcək kanalların üzərində süni bəndlərin salınması səbəbindən su Mahmudçalaya gəlib çatmır.Bu səbəbdən əhali narahatlıq keçirir.Mahmudçala qurumaq üzrədir. Bu barədə Xırmandalı kənd sakini Hesenov Bayram Eleşref oglu məlumat verib. Sevinc Qasımova

Davamını oxu
13.08.2025 SAĞLAMLIQ

Botoks və dolğularla bağlı əhaliyə müraciət

ELAZ.İNFO xəbər verir ki, Səhiyyə Nazirliyi bəzi botoks və dolğularla bağlı əhaliyə müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib. Qeyd olunub ki, bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur: […]

Davamını oxu
13.08.2025 ŞƏRHLƏR

Azərbaycanın və Pakistanın Müdafiə nazirləri görüşdü

Müdafiə nazirinin birinci müavini Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanla Pakistan Müdafiə nazirlikləri arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub. ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub. Görüşün sonunda general-polkovnik K.Vəliyev feldmarşal […]

Davamını oxu
13.08.2025 SAĞLAMLIQ

Robot dəstəkli cərrahiyyə dövrü

ELAZ.İNFO xəbər verir ki, Robot dəstəkli cərrahiyyə dövrü sürətlə yeni-yeni yöntəmlər tətbiq edir. Bu daha dəqiq desək daha sürətli sağalma dövrü təmin edir.Kəsik yırtıqlarının müalicəsində robot yardımlı cərrahiyyənin həkim cərrahlar, həm də xəstələr üçün əhəmiyyətli üstünlüklər təqdim etdir. Robot cərrahiyyənin sağalma müddətini qısaltdır və fəsad riskini minimuma endirir. Adilə VƏLİYEVA Pediator

Davamını oxu
13.08.2025 MƏDƏNİYYƏT

Qeyri-Hökumət Təşkilatının böyük işi

ELAZ.İNFO xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Vətənpərvərlik mövzusunda yeni musiqi əsərinin hazırlanması” layihəsi çərçivəsində “Türkman marşı” yeni versiyada təqdim edilib. İctimai Birlik sədri Şəmistan Əlizamanlı qeyd edib ki, musiqi əsərinin sözləri tanınmış kərküklü şair Sabah Karaaltına məxsusdur. Yaxın vaxtlarda Kərkükdə sözügedən marşa klip çəkilməsi planlaşdırılır. N.B

Davamını oxu