Qarşılıqlı təhqirlər getdikcə çoxalır
Qarabağın azad edilməsinin 5 illik yubileyi ərəfəsində ortaya atılan məlum mövzudan sonra bəzi adamlar sosial şəbəkələrdə Çingiz Mustafayevin 1992-ci ildə çəkdiyi kadrları yaymağa başlayıb. O dövrün hadisələrindən xəbəri olmayanlar kontekstdən çıxarılan kadrlara baxıb rəy bildirir, qarşılıqlı təhqirlər getdikcə çoxalır. Bundan əlavə, bəzi istifadəçilər sosial şəbəkələrdə bir zamanlar Rusiyaya tulalıq etmiş, bir dəfə ölkədə qiyam törətmiş, […]
