15.09.2025 ELM VƏ HƏYAT

Kim Çen İnı gətirib bizim Dil Komissiyasının rəhbəri qoymaq lazımdır

Dilimizə zorla “pərçim” edilən sözlərə qarşı hiddətlənən siyasi şərhçi Bəybala Mirzəyev ELAZ.İNFO-ya bildirib ki, məqsədli şəkildə dil lüğətimizi pozmağa çalışanlara qarşı ciddi ölçü götürülməlidir. Bu günlərdə bir xəbər oxudum. Həddindən artıq Qərb yönümlü” kimi görünən “hamburger” və “dondurma” (“ice cream”) sözlərinin istifadəsini qadağan edən Şimali Koreya lideri Kim Çen İnı gətirib bizim Dil Komissiyasının rəhbəri […]

Davamını oxu
15.09.2025 GÜNDƏM

Putin Ukraynaya qarşı müharibəni “ədalətli və haqlı mübarizə” adlandırıb

Hitler və Putlerin yalanları… Gün-gündən getdikcə daha çox hitlerləşən Vladimir Putin (bəziləri haqlı olaraq onu Putler adlandırırlar) Moskvanın 878-ci ildönümü münasibətilə keçirilən mərasimdə Ukraynaya qarşı müharibəni “ədalətli və haqlı mübarizə” adlandırıb. Adolf Hitler və onun propaqanda naziri Yozef Göbbels də 1938/39-cu illərdə eynilə bu qayda üzrə anlayışları və həqiqətləri təhrif edir, öz yalanlarına doğruluq donu […]

Davamını oxu
15.09.2025 GÜNDƏM

Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?

Gün gələcək, biz molla rejimi ilə tarixi həqiqətlərin haqq-hesabını da çəkəcəyik… İranın ali dini rəhbəri Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Tasnim” agentliyində dərc olunan yazısında yenə bizdən danışıb. O, Azərbaycanı avropalı ravvinlərin Bakıda keçirəcəkləri toplantıya ev sahibliyinə görə tənqid edib. Cənab ağayi-Vilayəti bu addımı “anti-İslam aktı” adlandırıb və bizim adımızdan […]

Davamını oxu
15.09.2025 GÜNDƏM

“Ərəb NATO-su”nun yaradılması həqiqətən zərurətə çevrilib

Ərəb NATO-su ilə yanaşı, Türk NATO-su da yaradıla bilər… ELAZ.İNFO xəbər verir ki, dünən Qətərin paytaxtı Doha şəhərində Fövqəladə Ərəb-İslam Sammiti keçirildi. Nə üçün fövqəladə? Çünki 2 gün davam edəcək bu zirvə toplantısı İsrailin Qətərin paytaxtını bombalaması ilə əlaqədar çağrılıb. Bu, İsrailin son illərdə bombaladığı 7-ci müsəlman ölkəsidir. Və görünən budur ki, “müharibə tanrı”sına çevrilən Beniamin Netanyahunun […]

Davamını oxu
15.09.2025 ŞƏRHLƏR

Terakt planı öncədən mütəşəkkil qrup tərəfindən hazırlanıb

ELAZ.İNFO xəbər verir ki, sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakinlərindən biri terakt törətməyə cəhd göstərib. 1967-ci il təvəllüdlü Karen Avanesyan meşədə gizlətdiyi “Kalaşnikov” avtomatını və patronla dolu 4 sandıqcanı, 5 ədəd qumbaranı götürüb şəhərdə keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis tərəfindən saxlanılıb. Bu zaman Karen Avanesyan avtomatdan atəş açıb və üç qumbara atıb, polisə […]

Davamını oxu
15.09.2025 ŞƏRHLƏR

“Rusiya absurdlar ölkəsidir” -deyənlər qətiyyən yanılmırlar

“Müqəddəs” Mariyanın müğənni Allanı ikiüzlülükdə ittiham etməsi də ruslar üçün bir ayrı dərddir… Putinin Ukraynaya qarşı işğalçı siyasətini dəstəkləmədiyinə görə “düşmən” elan edilən və Rusiyanı tərk etmək məcburiyyətində qalan məşhur estrada müğənnisi Alla Puqaçovanın Yekaterina Qordeyevaya verdiyi müsahibəsini son 2-3 gün ərzində Rusiyada və postsovet ölkələrində milyonlarla insan izləyib. Müsahibəyə müxtəlif yanaşmalar var. Maraqlıdır ki, […]

Davamını oxu
15.09.2025 HADİSƏLƏR

ABŞ-sız Avropanın təhlükəsizlik sistemi yoxdur

Amerika mətbuatı yazır ki, Pentaqon ABŞ-ın yeni hərbi doktrinası üzərində işləyir. Mətbuata sızan məlumata görə, yeni doktrinada ABŞ dünya jandarmı iddialarından imtina edəcək, yalnız Şimali və Cənubi Amerikanı özünün həyati maraq zonaları sayacaq. Bu faktiki olaraq ABŞ-ın yenidən Monro doktrinasına qayıtması deməkdir. ABŞ bunu keyfindən etmir, artıq onun bütün dünyaya hegemonluq etməyə nə gücü, nə […]

Davamını oxu
15.09.2025 HADİSƏLƏR

Avropa Trampın şərtlərini qəbul edə bilməz

Avropanın Trampı aldatmaq, tələyə salmaq, öz maraqlarına oynatmaq uğrunda səkkiz aylıq hiylələri, yaltaqlıqları, provokasiyaları və planları boşa çıxdı. Onlar aylardır Trampın Rusiyaya qarşı ən ağır sanksiyalar tətbiq etməsi üçün şərait yaradır, bunu tələb edirdilər. Tramp isə anlayırdı ki, avropalılar ABŞ-ı taran kimi Rusiyanın və Çinin, indi həm də Hindistanın “qala” divarlarına çırpmaq istəyirlər. Başa düşürdü […]

Davamını oxu
12.09.2025 KRİMİNAL

Çarli Kirkə sui-qəsd: Silahlı şəxs tutuldu

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp hüquq-mühafizə orqanlarının Yuta Universitetində mühafizəkar fəal Çarli Kirkin ölümcül güllələnməsində şübhəli bilinən şəxsi saxladığını açıqlayıb. Fox News-a verdiyi müsahibədə Tramp “Düşünürəm ki, onu əldə etdik” deyərək, şübhəlinin çox yaxın birinin ona xəbər verdiyini qeyd edib. ABŞ prezidenti atəş açan şəxsə ölüm cəzasının verilməsini müdafiə edib və Kirkin […]

Davamını oxu
12.09.2025 GÜNDƏM

Nepalda Z nəsli belə deyir: İlk qadın baş nazir gəlir.

ELAZ.İNFO xəbər verir ki, Nepalın paytaxtı Katmandu küçələri gənclərin qəzəbindən titrəyir. Ötən həftə hökumətin Facebook, WhatsApp, Messenger və Instagram da daxil olmaqla 26 sosial media platformasını bağlamaq qərarı qəzəbi zirvəyə çatdırdı. Baş nazir Şarma Oli sentyabrın 9-da istefa verdi, lakin gərginlik davam etdi. Hökumət binaları və turizm mərkəzləri yandırılıb. Bəzi siyasi liderlərin evləri də hədəfə […]

Davamını oxu