AĞLAYIR
Aybəniz FAZİL Şairə Bu gecə dolubdur gözün, buludum, Ayın nur üzünü uman ağlayır. Sabaha çıxmağa yoxdur umudum, Bükülüb həsrətdə güman ağlayır. *** Qıymadım sultana, şaha könlümü, Sən saldın azara, aha könlümü. Yoxdur ovudan da daha könlümü, Dərdinə bürünüb duman ağlayır. *** Aybəniz Faziləm, belədir gecəm, Sevdiyim gözlərdə bəlkə də, heçəm. Əcəl yaxın gəlmir, dünyadan köçəm, […]
