Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub

ELAZ.İNFO, BAKI, 21.05.2025.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Türkiyənin Mynet qəzetinin yaydığı məlumatda deyilir ki, “Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif aspektlərinin müzakirə edildiyi görüşlərdə, həmçinin regional təhlükəsizlik və maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb”.

Natəvan BƏYDİLİ

Şərh yazın

Your email address will not be published. Required fields are marked *