ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

Leysan olacaq, dolu düşəcək, hətta sulu qar da yağacaq

ELAZ.İNFO, BAKI, 18.05.2025.

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Azərbaycanın rayonlarında mayın 19-u gündüz şimal və qərb rayonlarından başlayaraq 20-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.