elazinfo.com/ BAKI 14.05.2025
elazinfo.com/ xəbər verir ki,bu ay Nadir Quluzadənin uzun illər Beynəlxalq Təşkilatlarla işləməsinin, peşəkar karyerasının 30 illik yubileyi tamam olur.
Nadir Quluzadə qeyd edir ki,” İllər tez, amma maraqlı keçib- Beynəlxalq Təşkilatlarda tərcüməçilikdən tutmuş rəhbərliyədək, Bakıda ofis assistentindən tutmuş Vaşinqtonda Balkan regionu üzrə kuratora kimi müxtəlif vəzifələrdə çalışdım. Quş qripi, gender, turizmin inkişafı, layihələrin qiymətləndirilməsi – hər cür sahədə daş çeynədim. Biznes sahibləri, kənd qadınları, QİÇS xəstələri, məcburi köçkünlər – hər yerdə hamı ilə əl-ələ işlədim. Maaşlı işlər, konsaltinqlər, nə bilim, hamısı olub”.
Nadir bəy onu da vurğulayıb ki, bu yubiley ayında imkan olduqca təcrübəmə aid bəzi fikirlərimi paylaşacağam.
Natəvan BƏYDİLİ