ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu

elazinfo.com/ Müdafiə Nazirliyinə istinadən bildirir ki, aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.