ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

Əlillik məsələləri ilə məşğul olan təşkilatların nümayəndələri Qlobal Vətəndaş Cəmiyyəti Forumunda iştirak edirlər

ELAZ.İNFO bildirir ki, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli Berlində əlillik məsələləri ilə məşğul olan təşkilatların Qlobal Vətəndaş Cəmiyyəti Forumunda iştirak edirlər.

Nədimə Rəhimli bildirib ki, “açılış mərasimindən sonra “İnklüziv humanitar dəstək”, “Əlilliyi olan şəxslərin hüquqları” mövzularında panel müzakirələr olub. Forum 2 günlük Qlobal Sammitlə davam edəcək”.

N. Rəhimli onu qeyd edib ki, “tədbir Beynəlxalq Əlillər Təşkilatı və İordaniya, Almaniya hökumətlərinin təşkilatçılığı ilə həyata keçirilir”.

İlahə BAYINDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *