ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

Ötən dövrdə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin edilib

elazinfo.com/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bildirir ki, 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb.

Bu il martın 1-dək həmin sosial təminat növləri üzrə 900 minədək (o cümlədən pensiya üzrə 147 min, müavinət və təqaüdlər üzrə 750 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *