ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

Taliban Əfqanıstanda interneti kəsdi

ELAZ.İNFO xəbər verir ki,Taliban Əfqanıstanı ələ keçirdikdən sonra vətəndaşların hüquq və azadlıqlarını pozmağa davam edib, son vaxtlar internet və mobil telefon şəbəkələrini bağlayıb. NetBlocks-a görə, Əfqanıstanda əlaqə 1%-ə düşüb.
Ölkədə dünəndən qüvvəyə minən internet və telefon kəsintiləri bu gün tam olaraq tətbiq edilib.

Reuters-in hesabatına görə, NetBlocks ölkə üzrə bağlantının normal tutumun 1%-nə düşdüyünü açıqladı. Mobil telefon şəbəkələri eyni infrastrukturdan istifadə etdiyi üçün rabitə tamamilə kəsilib.

Günel GÜNTAC