ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

Plastik əməliyyat etdirmiş qadınlar axtarılır

ELAZ.İNFO xəbər verir ki, Şimali Koreyanın təhlükəsizlik qüvvələri qadınlara “kapitalist döş implantları” qoyulmasına qarşı sərt kampaniyaya başlayıb.

Cənubi Koreyanın Daily NK-nin məlumatına görə, Kim Çen In rejimi qeyri-qanuni plastik əməliyyat keçirmiş və ya etdirmiş qadınları müəyyən etmək üçün gizli agentlərdən və məhəllə patrullarından istifadə edir.

Tutulanlar əmək düşərgələrinə göndərilmək riski ilə üzləşirlər.

Günel GÜNTAC