ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

Güləşçilərimiz 31 medal qazandı

ELAZ.İNFO xəbər verir ki, Naxçıvanı təmsil edən 23 güləşçi Türkiyənin Ani şəhərində “Ani Cup” adlı güləş turnirində uğurla çıxış edib.

İdmançılarımız bu turnirdə üst-üstə 31 medal qazanmağa müvəffəq olublar. Bu medallardan 14 qızılı, 4 gümüşü, 3 bürüncü qazanananlar sərbəst güləşçilərimiz olub.  

Yunan-Roma güləş növündə çıxış edən idmançılarımız isə 3 qızıl, 5 gümüş və 2 bürünc medal əldə ediblər.

Məlumat üçün bildirək ki, komandanın baş məşqçi Faiq İsgəndərov olub.

İslam MAHMUDOV