Bu texnologiya ideal terror silahı olacaq

ELAZ.İNFO xəbər verir ki, Çin alimləri arılara nəzarət etmək üçün texnologiya hazırlayıblar. Alimlər həşəratları uzaqdan idarə etmək üçün miniatür sistem yaradıblar:

🔹 Sistemin texniki xarakteristikaları:

➖ 3 mikroiynəli 74 mq-lıq mikroçip;

➖ Arının sinir sisteminə implantasiya;

➖ Elektrik impulslarının həşəratın beyninə ötürülməsi.

🔹 Sınaq nəticələri:

➖ Komandaların 90% dəqiqliklə icrası;

➖ Uçuş trayektoriyasına tam nəzarət etmək imkanı.

🔹 Praktiki tətbiqi:

➖ Kəşfiyyat əməliyyatlarının aparılması;

➖ Çətin əlçatan yerlərdə axtarış işlərinin aparılması;

➖ Qapalı ərazilərin monitorinqi.

🔹 Texnologiyanın üstünlükləri:

➖ Dronlarla müqayisədə radarlarda görünməzlik;

➖ Ətraf mühitdə təbii maskirovka;

➖ İstismarının ucuzluğu.

Arını zəhərli iynə ilə təchiz edə bilsələr, bu texnologiya ideal terror silahı olacaq.

Sürü halında göndərildikdə isə onlar istənilən qoşunu çox ucuz yolla sıradan çıxara bilərlər.

Asif ŞƏFƏQQƏTOV