ELAZİNFO.COM

ONLAYN XƏBƏR PORTALI

“Tüpürüm sizin üzünüzə”

Bir dəfə rəssamlar üçün ziyafət təşkil olunur. Məclisin başında vəzifəli bir məmur oturur. Ayağa qalxıb badə qaldıran hər kəs həmin vəzifəli məmuru tərifləyir, şəninə xoş sözlər deyir, o da xoşallana-xoşallana iltifatları qəbul edir.

Məclisdəki yaltaq ab- hava tanınmış rəssam Səttar Bəhlulzadəni çox hövsələdən çıxarır, ayağa qalxıb deyir:

-“Tüpürüm sizin üzünüzə”.

Hər kəs çaş-baş qalır. Vəzifəli şəxs qızarıb-bozarır:

– Səttar, bu nə sözdü dedin? Mən də burdayam e.

– Bilirəm. Hər kəsin üzünə ümumi tüpürüm, sənin üzünə personalnı..

Səfər İBRAHİMLİ