Yalnız Böyük Türk Birliyi bu aqressiyanın qarşısını birdəfəlik ala bilər
Ruslar deyir ki, qırğızlar tarix dərsliklərini, yəni öz tarixlərini, onların istədiyi kimi yazmasalar, o ölkədən miqrant qəbulu dayandırılmalıdır. Bu ilkin şərtdir, sonra ayrı şeylər də fikirləşib tapacaqlar. Zatulinlə Mironov ölməyib ki! Bizə də, başqa türklərə də tarix dərslikləri və rus dili ilə bağlı müyyən şərtlər qoymağa çalışırlar. Ancaq İlham Əliyevin prinsipial mövqeyi onları hələlik çəkindirir. […]
