Tag: cəmiyyət

Həftənin Tacı

Həftənin tacı: cümə gününün mənəvi fəzilətləri və sosiopsixoloji təsirləri İslam aləmində “günlərin ağası” hesab olunan Cümə günü həm dini ayinləri, həm də insanların ruh halına təsiri ilə digər günlərdən kəskin şəkildə fərqlənir. Bu gün təkcə bir ibadət günü deyil, həm də sosial həmrəyliyin pik nöqtəsidir.İslami qaynaqlara istinad edən ELAZ.İNFO qeyd edir ki, Cümə günü bəşəriyyət […]

Davamını oxu

Diqqət, cibinizə “səssiz” Hücum

Qiymət Eynidir, Amma Çəki Azalır! ELAZ.İNFO xəbər verir ki, son vaxtlar market rəflərində oxucuların gözündən qaçmayan bir mənzərə yaranıb: Qiymət etiketi dəyişmir, lakin aldığınız məhsulun həcmi kiçilir. İqtisadiyyatda buna “Shrinkflation” (şrinkflyasiya) deyilir və bu, istehlakçının cibinə edilən ən hiyləgər hücumdur. Əvvəllər standart olaraq 1 litr aldığımız süd məhsulları indi 900 və ya 850 ml-lik qablarda […]

Davamını oxu

“Konstitusiya və Suverenlik ili”

Salyanda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ailə milli -mənəvi dəyərlərin daşıyıcısıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. ELAZ.İNFO xəbər verir ki, 18 dekabr 2025-ci il tarixində Salyan rayon İcra Hakimiyyətinin, Şirvan -Salyan Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun, Salyan rayon Heydər Əliyev Mərkəzinin, Şirvan – Salyan Regional Gənclər və idman İdarəsinin Salyan rayonu üzrə Gənclər və […]

Davamını oxu

Susmaq Neytral Mövqe Deyil – Şəriklikdir

ELAZ.İNFO Burada acı bir həqiqəti açıq demək lazımdır: Bu cinayətlərə səssiz qalan hər kəs, bu cinayətin dolayı iştirakçısıdır. Millət bilməlidir.Sən bu gün susursansa, sən bu gün “mənə dəymir” deyirsənsə, sən bu gün “vaxtı deyil” deyirsənsə, sabah fars molla faşizmi sənin qapında dayanacaq. Tarix bunu dəfələrlə sübut edib. Repressiya heç vaxt bir yerdə dayanmaz. O, susqunluğu […]

Davamını oxu

47 kq narkotik vasitə aşkarlanıb

elazinfo.com/ DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxt və bölgələrdə baş tutan növbəti tədbirlər zamanı əvvəllər məhkum olunan Səddam Əsədov, Emin Balakişiyev və Emin Əliyev saxlanılıblar. Onlardan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Faktla […]

Davamını oxu

Güney Azərbaycanın milli kimliyinə edilən qəsd

ELAZ.İNFO xəbər verir ki, 17 dekabr 1946-cı il Təbriz başda olmaqla Güney Azərbaycan şəhərlərində türk dilində olan kitablar yandırılıb. Bu hadisə Milli Hökumətinin süqutundan sonra baş verib. Milli Hökumət devrildikdən sonra fars rejimi Azərbaycan şəhərlərinə qırğın törətməklə yanaşı, türk dilində nəşr olunan dərslik və başqa kitabların yandırılmasına başlayıblar. Həmin gün Güney Azərbaycanın bir çox bölgələrində […]

Davamını oxu

Bakının tıxacını bölgələrdə həll etmək mümkündür

Bakının bitmək bilməyən tıxacları artıq nə yeni yollarla, nə də nəhəng körpülərlə həll olunur. Paytaxtı bu yükdən azad etməyin yolu Bakının daxilində deyil, ondan yüzlərlə kilometr uzaqlıqdakı bölgələrdədir. Paytaxtın nəqliyyat probleminin açarı – regionlarda xırda sahibkarlığın lizinq yolu ilə kütləvi inkişafındadır. ELAZ.İNFO xəbər verir ki, Hər il paytaxtın yol infrastrukturuna milyardlarla manat vəsait ayrılır. Lakin […]

Davamını oxu

Sən demə təhsilin əsas problemi “MÜƏLLİM” sözünün səhv yazılmasında imiş

ELAZ.İNFO Elm və təhsil naziri Emin Əmrullayev: “Mən inanıram ki, bizim son 10 ildə müəllimlərimizin keyfiyyəti əsaslı şəkildə artıb. Bu həm diaqnostika, həm sertifikatlaşdırma prosesində, həm də ən vacibi işə qəbul olan müəllimlərimizin keyfiyyətində görünür. Yəni bizim yüzlərlə dil və ədəbiyyat, riyaziyyat, tarix, biologiya müəllimimiz var ki, onlar qəbul imtahanlarında 500-dən çox bal toplayıblarlar. Bu […]

Davamını oxu

“Magistralda avropa, kəndlərdə orta əsrlər”

Yol məsələsi “Prezidentin ehtiyat fondundan” ayrılan pullarla tez-tez gündəmə gəlir, lakin keyfiyyət sual altındadır. ELAZ.İNFO xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında baş verən yol-nəqliyyat hadisələrinin 85%-i yaşayış məntəqələrində baş verib. Bu, kənd və qəsəbə daxili yolların işıqlandırılmaması, səkilərin olmaması və asfalt örtüyünün standartlara cavab verməməsi ilə birbaşa bağlıdır.Rayon mərkəzlərini birləşdirən əsas yollar yenilənsə […]

Davamını oxu

Razi Nurullayev: -“Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var”

Azərbaycanda toy mədəniyyəti xalqımızın ən gözəl adətlərindən biridir. Lakin etiraf etməliyik ki, bu gün toylarımızda israfçılıq həddini aşmış vəziyyətdədir. Şadlıq evlərində süfrələrdə artıq qida tullantıları, sonsuz menyu çeşidləri, dekorasiya və şou xərcləri əndazəni aşır. Tonlarla kabablar zibilə atılır, amma ət ala bilməyən minlərlə ailə var. ELAZ.İNFO xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Milli Cəbhə […]

Davamını oxu