Ələt – Culfa dəmir yolunun tikintisində Azərbaycan Cümhuriyyəti hökumətinin fəaliyyəti
Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünün təmin edilməsi üçün Naxçıvan və Zəngəzur bölgələri mühüm əhəmiyyət kəsb edirdi. Cümhuriyyətin bütün mövcudluğu dövründə bu bölgələrin problemləri Hökumətin və Parlamentin əsas diqqət mərkəzində olmuş strateji məsələ idi. Cümhuriyyət hökuməti bu bölgələrə hüquqlarını qorumaq, Ermənistan tərəfindən bölgələrin işğalının qarşısını almaq üçün bütün imkanlardan və vasitələrdən istifadə etmiş, hərbi-diplomatik addımlarla yanaşı iqtisadi […]
