Tag: cəmiyyət

Gəncə adını yenidən kim bərpa edib?

Azərbaycan adlı coğrafiyanın ən gözəl şəhərlərindən biri GƏNCƏdir. Tarixin bütün dövrlərinə aid qaynaq və mənbələrdə Gəncə adına rast gəlmək olur. Müxtəlif illərdə şəhərin adı bir neçə dəfə dəyişdirilib. Yaxın tarixə nəzər salsaq 1804-cü ildən 1918-ci ilə qədər Rusiya İmperiyasının hakimiyyəti illərində Gəncə rus çarı I Aleksandrın həyat yoldaşı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılıb. Şəhərin adının yenidən […]

Davamını oxu

Təbriz Göy məscidini tikdirən Salihə xatun

GÖY MƏSCİD deyiləndə Azərbaycan torpaqlarında üç bu cürə adlanan qədim dini ibadət evi var. Biri Bakıda- memarlıq üslubunun incəliyi və zənginliyi ilə seçilən Əjdər bəy məscididir. Məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirən Nabat xanım Xoca bəy qızı Aşurbəyli-Rzayevayanın qardaşı Əjdər bəy tərəfindən 1912-1913-cü illərdə tikilib. Əjdər bəy məscidi və Göy məscid kimi […]

Davamını oxu

“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Xarıbülbülün Rəngləri” adlı növbəti təlimi keçirdi

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Miqrant Uşaqlara Dəstək” İctimai Birliyinin növbəti təlimi 06.08.2025-ci il tarixində keçirildi. Bu dəfəki təlim əvvəlkilərdən daha maraqlı və əyləncəli oldu. Təlimçi Gülyaz Əsgərova uşaqlara gipsdən hazırlanmış “Xarıbülbül” fiqurları və sulu boyalar payladı. O, uşaqlara Qarabağın tarixi, tarixi yerləri, flora və faunası haqqında […]

Davamını oxu

Etnik baxımdan Türksən, siyasi baxımdan Azərbaycanlı

ULUSAL ÖZÜNÜANLAMA DƏRSİ, YA DA, QURD OLMAYIM, TÜRK OLMAYIM, BƏY OLMAYIM DÜŞÜNCƏSİZLİYİNƏ YANIT (Politik ağıl, Ardı) Qayıdaq “Azərbaycana heç kim bəy/xanlar qədər pislik etməyib” – bolşefist-faşist düşüncəsizliyinə, axmaqlamasına.2008-ci ildə yayımladığım “Politologiya (Açıqlamalarla sözlük, ya da milli kimlik dərsləri)” kitabımdan Türkün bəyliyə dair qurumunun Türk tarixindəki əhəmiyyətini göstərən bölümü ərəb-fars sözlərindən cüzi təmizləməklə oxuculara təqdim edirəm […]

Davamını oxu

“Ural” markalı avtomobil minaya düşüb

ELAZ.İNFO xəbər verir ki, ötən gün Kəlbəcərin Vəng kəndi ərazisində Azərbaycan Ordusuna məxsus,”Ural” markalı avtomobildə 5 nəfərin xəsarət alması ilə nəticələnən mina partlayışı baş verib. Hadisə zamanı “Ural”markalı avtomobil tank əleyhinə minaya düşüb. “Unikal” bildirir ki, bu zaman avtomobildə olanlar – 29 yaşlı N.Nuruyev, 29 yaşlı M.Qarayev, 42 yaşlı R.İsmayılov, 38 yaşlı E.Əhmədov xəsarət alıblar. […]

Davamını oxu

Bu gün tarixi bir gündür

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə bu gün Azərbaycan prezidenti Cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Vaşinqtona səfər ediblər. Vaşinqton bu gün  tarixə şahidlik edəcək. Sözardı: Azərbaycan və Ermənistan arasında münasibətlərin və müharibələrin tarixi hələ keçən əsrin əvvəllərinə təsadüf edir. Bu gün təxminən 120 il öncə başlayan  müharibəyə […]

Davamını oxu

“Milli-Mənəvi Dəyərlərimizin İzində” Adlı Tədbir Keçirilib

ELAZ.İNFO xəbər verir ki, “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin maliyyə dəstəyi ilə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi tərəfindən “Milli-Mənəvi Dəyərlərimizin İzində” adlı layihə çərçivəsində maraqlı bir tədbir təşkil olunub. Tədbir çərçivəsində 55-65 yaş arası yaşlı nəslin nümayəndələri arasında milli-mənəvi dəyərlərə həsr olunmuş yarışma formatlı proqram keçirilib. Tədbirin açılışında layihə rəhbəri Bəsti Nəsibova çıxış edərək […]

Davamını oxu

BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransı öz işinə başlayıb

ELAZ.İNFO xəbər verir ki, avqust ayının 4-də Türkmənistanın Avaza şəhərində BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü konfransı öz işinə başlayıb. Konfrans avqustun 8-dək davam edəcək. Konfransda Azərbaycanın Vətəndaş Cəmiyyəti nümayəndəsi olaraq Nədimə Rəhimli də iştirak edir. Nədimə Rəhimli bizimlə söhbəti zamanı bildirdi ki, “konfransın ilk günü Parlamentlərarası və Vətəndaş Cəmiyyəti Forumlarının […]

Davamını oxu

Gözləyirik

Qızıl Ordada 1290-cı ildə Noqay xanın taxta oturtduğu Toxta xan yerini möhkəmləndirir. Öz dövlətinin coğrafiyasını gücləndirmək üçün Şərq üzərində yürüşlərə hazırlaşırdı. Onun ən böyük rəqibi isə, 1295-ci ildə Təbrizdə “elxan” elan edilən Mahmud Qazan xan idi. Sultan Mahmud Qazan xanın hakimiyyəti dövründə şimaldan Azərbaycana basqınlar yenidən başlanmış idi. Toxta xan hər nə olursa olsun onun […]

Davamını oxu

Unudulmazlar- Azərbaycanın Milli Qəhrəmanı Fərhad AĞAYEV

ELAZ.İNFO xəbər verir ki, 4 avqust Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı xüsusi fəallıq göstərmiş, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh Fərhad Ağayevin doğum günüdür. Allah bütün Qəhrəmanlarımıza rəhmət etsin! Fərhad İslam oğlu Ağayev 4 avqust 1975-ci ildə Sabirabad rayonunun Əliləmbəyli kəndində anadan olmuşdur. O 1992-ci ildə […]

Davamını oxu