Yaşı 100 ildən çox olan məscid binası öz təmirini gözləyir
Salyan şəhərinin mərkəzində, “köhnə bazar” kimi tanınan Tale Davudzadə və Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində yerləşən, yaşı 100 ildən çox olan məscid binası uzun illərdir baxımsız vəziyyətdədir. Bu hal həm yerli sakinləri həm də tarixçiləri narahat edir. Yerli sakinlərin, eləcə də tarixçilərin ELAZ.İNFO-ya verdikləri məlumata görə, 1914-cü ildə Salyanın zəngin tacirlərindən olan Hacı Səməd Ələkbərov […]
