Soydaşlarımız Ukraynada humanitar yardım aksiyası keçiriblər
ELAZ.İNFO Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın Ukraynadakı diaspor fəalları Pasxa bayramı ərəfəsində Lvovda humanitar yardım aksiyası keçiriblər. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamentinin, yerli YUNKOR Gənclər İcmasının birgə təşəbbüsü və təşkilatçılığı ilə Lvovda Pasxa bayramı münasibətilə əsgərlərə, hərbçilərə humanitar yardım göstərib. “Azərbaycanın Ukraynadakı diasporu dövlətimizin siyasətinə uyğun olaraq […]
