Səlahiyyətli orqanın qərarından məhkəməyə şikayət verilməsi qaydalarında dəyişiklik qəbul edilib
Milli Məclis səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilməsi haqqında təklifi ilk oxunuşda qəbul edib. FED.az xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bugünkü plenar iclasında Mülki Prosessual Məcəlləsində müvafiq dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Qeyd edilib ki, Konstitusiya Məhkəməsinin 04.11.2020-ci il tarixli “Azərbaycan Respublikası İnzibati […]
