Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırılıb
ABŞ-nin Çikaqo şəhərinin məşhur “The Daley Center” inzibati-ictimai mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə bayraqqaldırma mərasimi baş tutub. Tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) həmtəsisçiləri Fərid və Mehriban Məmmədovların təşkilatçılığı ilə həyata keçirilib. Hər il olduğu kimi, bu il də Azərbaycanın Dövlət Himninin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb. Tədbirdə Türkiyənin Çikaqodakı […]
