04.11.2025 HADİSƏLƏR

Yeni “Patriot”ların BQ-ləri hədəf olub

ELAZ.İNFO xəbər verir ki, iyulda Tramp səs-küylü bir bəyanat verdi. Dedi ki, Rusiyanın hava zərbələrinin intensivləşdiyini nəzərə alaraq, Ukraynaya 17 “Patriot” verəcək. Düzdür, o: Ukraynaya pulsuz silah vermir; silahı Ukraynaya yox, Avropa dövlətlərinə satır – onlar da Ukraynaya ya pulsuz, ya da kreditlə verirlər. Həm də aydın olmadı ki, 17 “Patriot” deyəndə Tramp nəyi nəzərdə […]

Davamını oxu
04.11.2025 GÜNDƏM

Ermənistan Ərdoğanın səfərlə bağlı dəvəti qəbul edəcəyinə ümid edir

ELAZ.İNFO xəbər verir ki, Paşinyan Ərdoğanı Ermənistana səfərə dəvət edib. Mənim tərəfimdən Türkiyə Prezidentinin Ermənistana səfərinin mümkünlüyünü (2026-cı ilin mayında) şərh etmək düzgün olmazdı. Yalnız onu deyim ki, mən onu rəsmi dəvət etmişəm. Bu barədə Baş nazir Nikol Paşinyan bildirib. Paşinyan ümid edir ki, bu dəvət qəbul olunacaq. N.B

Davamını oxu
04.11.2025 GÜNDƏM

Yaxın zamanda ortaq türk tarixi haqqında kitab çap olunacaq

ELAZ.İNFO xəbər verir ki, TDT Ağsaqqallar Şurası tərəfindən həyata keçirilən işlər, verilən tövsiyələr dövlət başçıları tərəfindən təqdir edilir.  Bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 18-ci iclasındakı çıxışında deyib. O, dövlət başçılarının dəstəyinin Ağsaqqallar Şurasının fəaliyyətini daha da çox təşviq etdiyini bildirib. Binəli Yıldırım türk dövlətlərinin ortaq tarixinin […]

Davamını oxu
04.11.2025 MƏDƏNİYYƏT

Yaşamaq nəfəs almaq deyil, ruhun sönməməsidir

Həyat, bizə verilən ən böyük nemətdir. Ancaq çox zaman bu nemətin dəyərini yalnız itirdikdən sonra anlayırıq. İnsan adətən gözünü zirvəyə dikir, amma ayaqlarının altındakı torpağın dəyərini unudur. Halbuki həyatın böyüklüyü ucalıqlarda deyil, sadəliyin içində gizlidir. Gözəl bir söz var: “İnsanı var-dövlət deyil, dəyərləri ucaldar.” Dünya insanı sınamaq üçün qurulmuş bir meydandır. Bəzən səni yıxar, bəzən […]

Davamını oxu
04.11.2025 ŞƏRHLƏR

Millətlərin gələcək faciələrinə yol açan sənədlər…

Tarixin bəzi dönəmlərində bu və ya digər liderlər, siyasi fiqurlar tərəfindən imzalanan ayrı-ayrı sənədlər bəzi xalqların onilliklərlə və hətta yüzillərlə davam edən böyük faciələrinə yol açır. Britaniya hökuməti tərəfindən 2 noyabr 1917-ci ildə qəbul edilən məşhur “Balfur Bəyannaməsi” də müasir dövrün ən böyük tarixi ədalətsizliklərindən birinin əsasını qoyub. Böyük Britaniyanın həmin dönəmdəki Xarici işlər naziri […]

Davamını oxu
04.11.2025 ELM VƏ HƏYAT

UNESCO 15 dekabrı “Dünya Türk Dilləri Ailəsi Günü” elan edib

ELAZ.İNFO xəbər verir ki, bu barədə Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun 43-cü Baş Konfransında qərar qəbul edilib. Həmin qərara əsasən, 15 dekabr “Dünya Türk Dilləri Ailəsi Günü” elan olunub. Nə üçün məhz 15 dekabr? Çünki bu tarix, Orxon-Yenisey abidələrinin – bütün türk dillərinin ortaq köklərini və tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunmasının […]

Davamını oxu
04.11.2025 CƏMİYYƏT

Dialoq və əməkdaşlıq – dayanıqlı inkişaf cəmiyyətin inkişafının təməlidir

Azərbaycan Milli QHT Forumu qadınların və uşaqların sosial rifahının qorunması, məişət zorakılığı ilə mübarizə və uşaq hüquqlarının müdafiəsi mövzularını daim gündəmdə saxlayır. ELAZ.İNFO xəbər verir ki, “Qadınlar və uşaqlar dayanıqlı cəmiyyətin mərkəzində” mövzusunda keçirilən ictimai müzakirədə QHT nümayəndələri, sahə ekspertləri və ictimai institutlar bir araya gələrək mövcud vəziyyəti və görüləcək işləri müzakirə etdilər. Tədbirdə əsas […]

Davamını oxu
04.11.2025 MƏDƏNİYYƏT

Dmitri Sarayev: -“O kasetdə nənəmin çoxlu fikirləri vardı”

ELAZ.İNFO xəbər verir ki, Hacı Zeynalabdin Tağıyevin nəticəsi, qızı Sara xanımın Moskvada yaşayan nəvəsi, polkovnik-leytenant Dmitri Sarayev bildirib ki, “Nənəm atasını çox sevirdi. Bütün həyatını atasına həsr etmişdi. Həmişə bizə atasından danışırdı. Deyirdi ki, atası öz millətini həddindən artıq çox sevirdi”. Dmitri Sarayev onu da qeyd edib ki, “Dostumun bir maqnitofonu vardı. Nənəmin yanına gələndə […]

Davamını oxu
04.11.2025 GÜNDƏM

Prezident Ərdoğan: -“86 milyon insanın hamısı terrorsuz Türkiyə ilə qalib gələcək”

ELAZ.İNFO xəbər verir ki, Nazirlər Kabinetinin iclasına Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edib. Beştəpədəki Prezident Kompleksində keçirilən görüş təxminən 2 saat 10 dəqiqə davam edib. Görüşdən sonra Prezident Ərdoğan mətbuata açıqlamalar verib. Prezident Ərdoğan açıqlamasında Terrorsuz Türkiyə prosesi ilə bağlı mühüm açıqlamalar verib. Türkiyədə və ya qonşu torpaqlarda heç bir terrorizm formasını görmək istəmədiklərini bildirən […]

Davamını oxu
04.11.2025 GÜNDƏM

35 ildə milli elmimizin acınacaqlı vəziyyəti

ELAZ.İNFO AMEA-nın 80 illik yubileyi ilə əlaqədar ölkədə silsilə tədbirlər keçirilir. Çox təəssüf ki, belə əlamətdar hadisə ilə eyni vaxtda AMEA-nın son 3 prezidentinin prokuraturada ifadə verməsi, son 35 ildə milli elmimizin hansı acınacaqlı vəziyyətə düşməsini göstərir.Bütün bu illər ərzində ehtiyacdan 10 dəfə az maliyyələşən elmin zəif büdcəsinin müəyyən hissəsinin onun rəhbərləri tərəfindən mənimsənilməsi isə […]

Davamını oxu