15.12.2025 ŞƏRHLƏR

Səhnə iş yerinə köçürüldü

Bir vaxtlar bu xidmətin divarları ağır-ağır nəfəs alırdı. Burada sükut vardı, amma sükutun içində savad danışırdı, vicdan hökm verirdi. Hər masanın arxasında işi bilən, qanunu əzbərdən yox, mahiyyətindən anlayan insanlar otururdu. Onlar səhnə axtarmırdı, alqış gözləmirdi, çünki xidmət tamaşa deyil, məsuliyyət idi. Sonra zaman dəyişdi. Səhnə iş yerinə köçürüldü. Savad arxa sıraya, “artistlik” ön plana […]

Davamını oxu
15.12.2025 MARAQLI

Unudulmazlar: Əliyar Əliyev -Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi

ELAZ.İNFO xəbər verir ki, dünən- 14 dekabr tarixi Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Əliyar Yusif oğlu Əliyevin doğum günü idi. Allah bütün Şəhidlərimizə rəhmət etsin! Məlumat üçün bildirək ki, Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət […]

Davamını oxu
15.12.2025 İQTİSADİYYAT

Azərbaycanın Dördbucaq Nəqliyyat Damarları

​Bu yollar ölkənin iqtisadi damarları hesab olunur və “Böyük İpək Yolu” (TRASECA) kimi beynəlxalq dəhlizlərin kritik hissəsini təşkil edir. ELAZ.İNFO xəbər verir ki, Bakı sadəcə ölkəmizin paytaxtı deyil, həm də Asiya ilə Avropanı birləşdirən nəhəng bir nəqliyyat qovşağıdır. Şəhərdən dörd əsas istiqamətə uzanan magistral yollar (M yolları) Azərbaycanı qonşuları və daxili regionlarla sıx əlaqələndirir. ​Şimal […]

Davamını oxu
15.12.2025 ŞƏRHLƏR

Uğur anlayışı bilərəkdən çirkləndirilib

Bu dövrdə uğur anlayışı bilərəkdən çirkləndirilib. Zirvəyə aparan yol zəhmətdən yox, hiylədən, alın tərindən yox, dələduzluqdan, əməyin haqqından yox, başqasının cibindən keçənlər üçün “uğur” artıq bir peşəyə çevrilib. İnsanları pulla, var-dövlətlə aldatmaq, başqalarının ümidini sındırmaq bahasına öz “xoşbəxtliyini” qurmaq normal sayılır. Vicdan isə bu bazarda satılmayan, artıq yük hesab olunur. Zəhmətsiz yüksələn adam köksüz ağacdır […]

Davamını oxu
15.12.2025 GÜNDƏM

BMT ilk dəfə Dünya Türk Dilləri Gününü qeyd edəcək

ELAZ.İNFO xəbər verir ki, 15 dekabr tarixində beynəlxalq ictimaiyyət ilk dəfə Dünya Türk Dilləri Gününü qeyd edəcək. Bu günün təsis edilməsi ilə bağlı qərar noyabr ayında Səmərqənddə keçirilən YUNESKO-nun Baş Konfransında qəbul edilib. Tarixin seçilməsi simvolik məna daşıyır. Məhz 15 dekabr 1893-cü ildə danimarkalı dilçi alim Vilhelm Tomsen qədim türklərə məxsus ən qədim yazılı mənbələrdən […]

Davamını oxu
15.12.2025 GÜNDƏM

İntihar çıxış yolu deyil, bütün yolların bağlanmasıdır

ELAZ.İNFO xəbər verir ki, son illər sosial şəbəkələrdə, xəbər portallarında və gündəlik informasiya axınında intiharla bağlı xəbərlərin demək olar ki, adi hala çevrilməsi cəmiyyət üçün ciddi və təhlükəli bir siqnaldır. Daha da ağrılı olan tərəf isə intihara əl atanların böyük əksəriyyətinin gənclər və orta yaşlı insanlar olmasıdır. Bu fakt təkcə fərdi faciə deyil, ailələrin dağılması, […]

Davamını oxu
15.12.2025 DÜNYA

Mərakeşdə daşqın, fırtına və qar səbəbindən on altı nəfər ölüb

ELAZ.İNFO xəbər verir ki, şimali-qərbi Afrika ölkəsi olan Mərakeşdə ekstremal hava şəraiti ölkənin müxtəlif bölgələrində ciddi ziyana, insan tələfatına və nəqliyyatın pozulmasına səbəb olub. Sahil şəhərləri su altında qalıb və yüksək hündürlüklərdə güclü qar yağışı bəzi yaşayış məntəqələrini xarici dünyadan ayırıb. Atlantik sahilində yerləşən Asfi şəhərində daşqınlar nəticəsində yeddi nəfər ölüb, 20 nəfər yaralanıb. Əlcəzair […]

Davamını oxu
15.12.2025 DÜNYA

“ARTAN ANTİSEMİTİZM” İDDİASI

ELAZ.İNFO xəbər verir ki, İsrail Prezidenti İzak Hersoq hücumun hədəfinin Hanuka bayramı olduğunu söyləyib. Hersoq bildirib ki, “Sidneydəki bacı və qardaşlarımız Bondi Çimərliyində Hanuka bayramının ilk şamını yandırmağa gedən yəhudilərə qarşı son dərəcə qəddar bir hücumda alçaq terrorçular tərəfindən hücuma məruz qaldılar.” İsrail Xarici İşlər Naziri Gideon Saar da hücumun son iki ildə Avstraliyada artan […]

Davamını oxu
15.12.2025 GÜNDƏM

Sarı xəbərdarlıq verildi

ELAZ.İNFO xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Salyan, Hacıqabul, Qobustanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Davamını oxu
Bu gün hava necədir?
15.12.2025 HAVA MƏLUMATI

Bu gün hava necədir?

ELAZ.İNFO xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti olacaq.  Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 […]

Davamını oxu