16.04.2025 CƏMİYYƏT

Yağış yağır, sellər axır

ELAZ.İNFO xəbər verir ki, yağan yağışlar səbəbindən yenə Xırdalan küçələrindən sellər axır. Nəinki ara küçələrdə, hətta mərkəzi Heydər Əliyev prospektində sel gedir. Axıb getməyə yer tapmayan yağış suları sanki dalğalı dənizi xatırladır. Bu məqamda düşünməyə bilmirsən;- hər dəfə yağış yağanda, küçələri, evləri sel-su basanda fikirləşirsən ki, yəqin heç olmasa bu dəfə aidiyyatı orqanlar ölçü götürərlər. […]

Davamını oxu
16.04.2025 MARAQLI

Kim bölə bilmirsə, qulağı kəsilir

Rus, ingilis və fransız adamyeyənlərin yaşadığı adaya düşür. Adamyeyənlərin başçısı onlara deyir: – Hansınız butulkadakı arağı üç bərabər yerə bölsə, bir kisə qızıl alacaq. Kim bölə bilməsə, qulağını kəsəcəyik. İngilis düz bir saat əlləşir, arağı stəkanlara süzür. Adamyeyənlər elektron tərəzi gətirib ölçürlər. Stəkanların ikisində bərabər, birində bir qədər artıq olur. İngilisin qulağı kəsilir. Fransız iki […]

Davamını oxu
16.04.2025 HAVA MƏLUMATI

Bakıda və Abşeronda güclü şimal küləyi əsir

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, aprelin 16-sı saat 6:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir və küləyin maksimal sürəti 33 m/s-yə çatır. Dənizdə dalğanın hündürlüyü 3 metrdir.

Davamını oxu
15.04.2025 CƏMİYYƏT

Xəzər dənizinin su səthinin sahəsi 112 min kvadrat kilometr azala bilər

Lids Universitetinin britaniyalı alimlərinin araşdırmalarına görə, hətta qlobal istiləşmənin ən əlverişli ssenarisi (+2°C) şəraitində belə, cari əsrin sonunda Xəzər dənizinin səviyyəsi 5-10 metr aşağı düşə bilər. ELAZ.İNFO Publika.az-a istinadən xəbər verir ki, alimlər iddia ediblər ki, ən pessimist proqnoz doğru olarsa, eniş 21 metr olacaq. Bu perspektiv 15 milyona yaxın insanın yaşadığı bütün region üçün genişmiqyaslı […]

Davamını oxu
15.04.2025 GÜNDƏM

Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıdakı 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 15-də Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evində və Nizami rayonundakı 1 saylı uşaq evi sosial xidmət müəssisəsində olublar. ELAZ.İNFO AZƏRTAC-a istinadən xəbər verir ki, 1 saylı körpələr evində hazırda 3 yaşadək 63 uşaq var. Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər […]

Davamını oxu
15.04.2025 GÜNDƏM

Qərb Mixeil Kavelaşvilini “Rusiya casusu” adlandırır

ELAZ.İNFO xəbər verir ki, Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin artıq Bakı səfəri başlayıb. Xarici ölkələrə səfər proqramı çərçivəsində Mixeil Kavelaşvilinin ilk olaraq qonşu Azərbaycanı seçməsi iki qonşu ölkə arasında yaxınlaşma və dost münasibətlərindən irəli gəlir. Qərbin hədə-qorxularına, təhdidlərinə rəğmən tutduğu mövqedən geri çəkilməməsi Gürcü Prezidentin prinsipial mövqeyindən və sarsılmaz iradəsindən xəbər verir. Avropanın diqtəsi ilə oturub […]

Davamını oxu
15.04.2025 GÜNDƏM

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 15-də davam etdirilib. ELAZ.İNFO AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan […]

Davamını oxu
15.04.2025 GÜNDƏM

Ekoloji pozuntuların törədilməsi müəyyən edildi

ELAZ.İNFO Respublika Baş Prokurorluğuna istinadən bildirir ki, paytaxt ərazisində ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydalarının pozulması faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.   Araşdırmalar zamanı Bakı şəhərinin Xətai rayonunda “Venera Project” MMC, Yasamal rayonunda “Esila Trading” MMC, “Payitaht Restaurant” […]

Davamını oxu
15.04.2025 ELM VƏ HƏYAT

Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant proqramı yenidən təşkil ediləcək

ELAZ.İNFO Elm və Təhsil Nazirliyinə istinadən bildirir ki, ötən il həyata keçirilən “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində 1300-ə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib. Proqramın effektivliyi və ictimaiyyət tərəfindən müsbət qarşılanması nəzərə alınaraq yay aylarında bu qrant proqramının yenidən təşkil edilməsi planlaşdırılır. Qeyd edilən qrant proqramında yalnız müvafiq lisenziyaya malik olan, Elm və […]

Davamını oxu
15.04.2025 HAVA MƏLUMATI

Aramsız leysan yağışları yağacaq

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 760 mm […]

Davamını oxu