17.04.2025 GÜNDƏM

Lu Meyin etimadnaməsi qəbul edildi

ELAZ.İNFO Prezident Adminstrasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.

Davamını oxu
17.04.2025 GÜNDƏM

Çinlə qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsində qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması gözlənilir.ELAZ.İNFO  Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib.Qeyd edilib ki, bu, ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.

Davamını oxu
Belçika taktikası yaxud sağdan alıb, sola vermək
17.04.2025 HADİSƏLƏR

Belçika taktikası yaxud sağdan alıb, sola vermək

Ukraynanın aparıcı saytlarından biri olan Ukrinformda belə bir informasiyaya rast gəldim ki, Belçika Krallığının Hökumətinin müvafiq sərəncamı ilə Belçika İnkişaf Agentliyi (Enabel) vasitəsilə Ukraynaya texniki yardım göstəriləcək. Məlumatda o da deyilir ki, “Belçika Ukraynanın bərpasına dəstək proqramı çərçivəsində (BE-Relieve Ukrayna Proqramı) enerji və sənaye, habelə tibb sahəsində dağıntıların təmizlənməsi və yenidənqurma işlərinin aparılması məqsədilə bu […]

Davamını oxu
17.04.2025 İNCƏSƏNƏT

Baş bəlası -Monika Belluçi

Dünyaya gözəlliyi ilə meydan oxuyan Monika Belluççi deyir ki, “ilk övladımı 40 yaşımda dünyaya gətirdim. İkincisini 45 yaşında. 50 yaşımda Ceyms Bond filmini çəkdim. Xeyr, bu anların heç birini 20 yaşımda olan zamanla dəyişdirməzdim”. Ömrünün hər anının qiymətli bilən aktrisa söyləyir ki, “gənclərin cazibədar bir xasiyyəti var-fransızların dediyi kimi, “gözəl həyat”- kobud, instinktiv, demək olar […]

Davamını oxu
17.04.2025 GÜNDƏM

Torpaq sürüşdü, yol bağlandı

ELAZ.İNFO xəbər verir ki, leysan yağışları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində torpaq sürüşməsi hadisəsi qeydə alınıb. Əldə etdiyimiz məlumatlara görə, yolun 147-ci kilometrliyində asfalt örtüyündə dərin çökmələr və çatlar yaranıb. Hadisə ilə əlaqədar olaraq müvəqqəti magistral yolun qeyd olunan hissəsində avtomobillərin hərəkəti dayandırılıb. Aidiyyatı orqanlar məsələnin müsbət həlli ilə bağlı sürüşmə ərazisinə operativ […]

Davamını oxu
Bu gün hava necədir?
17.04.2025 HAVA MƏLUMATI

Bu gün hava necədir?

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında aprelin 16-dan 17-nə keçən gecə arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, […]

Davamını oxu
17.04.2025 İDMAN

AFFA təmsilçiləri Lissabondadırlar

ELAZ.İNFO xəbər verir ki,  UEFA-nın təşkilatçılığı ilə Portuqaliyanın paytaxtı Lissabonda UEFA Fitness kurslarının təşkilinə dair seminarlar keçirilir.Tədbirdə AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov da iştirak edir. Məlumat üçün bildirək ki, seminar bu günün sonunda öz işini yekunlaşdıracaqdır. Nadir HÜSEYNOV

Davamını oxu
17.04.2025 İDMAN

Beynəlxalq Turnirin qalibləri müəyyənləşdi

ELAZ.İNFO xəbər verir ki, Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu Beynəlxalq Turnirinin qalibləri müəyyənləşib. Beş gün davam edən yarışda 9 ölkənin 175 idmançısı qüvvəsini sınayıb. Boks Mərkəzində təşkil olunan final döyüşlərini gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və digər rəsmi şəxslər […]

Davamını oxu
Soyuq müharibə və fəsadları
17.04.2025 KRİMİNAL

Soyuq müharibə və fəsadları

Soyuq müharibə sonrası nələr yarandı? İkinci dünya müharibəsindən sonra siyasət meydanında belə bir ifadə formalaşdı; “soyuq müharibə”. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə başa çatan soyuq müharibə dövrünün ardından qlobal siyasi, iqtisadi və hərbi dəyişikliklər baş tutdu. Bu dövrdə bir çox başlıca hadisələr və tendensiyalar yarandı. Soyuq müharibədən sonra ABŞ yeganə super güc kimi qaldı […]

Davamını oxu
17.04.2025 ŞƏRHLƏR

Türk xalqı Turan gözləyir!

Çin iqtisadi və hərbi baxımdan sürətlə güclənərək XXI əsrdə ABŞ-a rəqib olacaq gücə çevrildi. Bu da yeni bir geosiyasi qarşıdurma — bəzən “ABŞ-ın qlobal liderliyinin zəifləməsi,çoxqütüblü güc balansı” adlandırılan vəziyyəti formalaşdırdı. Rusiya bu prosesləri 2000-ci illərdən etibarən Vladimir Putin rəhbərliyində öz xeyrinə dəyişməyə hər türlü cəhd etsə də, hal-hazırdakı vəziyyət heç də nəzərdə tutulam məqsədlərə […]

Davamını oxu