Qaraçay çayı üzərində yeni körpünün inşasına start verilib
ELAZ.İNFO, BAKI, 13.05.2025. ELAZ.İNFO Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb. Yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur. Hazırda körpüdə kənar dayaqların inşası aparılır. […]
