20.06.2025 MƏDƏNİYYƏT

Sevilinin nəvələri özlərini gülünc günə qoyub….

Bilmirəm məğrurcasına baxırsan, yoxsa qəzəbindəndir bu görkəm əziz Cəfər! Bəlkə baxırsan ki, Sevilinin nəvələri özlərini gülünc günə qoyub, ya da Almazının qohumları çoxdan dağılmış kolxozlarını atıb, gəlib burda boş-boşuna küçələri gəzirlər. Səriyyələrin vəfası rişxənd obyektidir indi. Solğun çiçəklərinin ürək dağlayan naləsi daha tükürpərdicidir. Oqtaylar tamada, mənsurlar Sitarə sevdasından dönük, papağını alıb qaçanlar, mülk var üstə […]

Davamını oxu
20.06.2025 GÜNDƏM

Mollaların beyinsizliyinin əziyyətini onlar da çəkəcəklər

Belə bir durum var: -İran illərdir rəsmən bəyan edir ki, atom silahı hazırlayıram. Dünya da deyir ki, eləmə, etmə. İndi İsrailin hücumları işığında Azərbaycanda bəzi adamlar çıxıb iddia edir ki, İran atom silahı hazırlamaq niyyətində deyil, ona şər atırlar ki, hücum üçün bəhanə olsun. Ay balam, o bəhanəni mən vermişəm dünyaya? İran dövlətinin ən başındakılar […]

Davamını oxu
20.06.2025 CƏMİYYƏT

Vətəndaş Cəmiyyəti İnstitutlarının nümayəndələri Bondadır

ELAZ.İNFO xəbər verir ki, Almaniyanın Bonn şəhərində UNFCCC Yardımçı Qurumlarının (SB 62) 62-ci sessiyası keçirilir. Sessiya 16 iyun tarixindən 26 iyun tarixinədək olan dövrü əhatə edəcəkdir. Bu iqlim konfransı uyğunlaşma, təsirin azaldılması, iqlimin maliyyələşdirilməsi və şəffaflıq kimi əsas məsələlər üzrə danışıqları inkişaf etdirmək üçün Elmi və Texnoloji Məsləhətlər üzrə Yardımçı Orqanı (SBSTA) və İcra üzrə […]

Davamını oxu
20.06.2025 ELM VƏ HƏYAT

İranda rejim çökərsə, nə baş verər? – Masadakı ssenarilər

İranda rejimin süqutu halında nə baş verə bilər? İngiltərə mətbuatı bu ehtimala dair müxtəlif ssenariləri dəyərləndirib. Bu ssenarilərə əsasən, rejim dəyişikliyi ya tam dağılmaya, ya idarə olunan bir keçidə, ya da etnik parçalanma ilə müşayiət olunan xaosa çevrilə bilər. İsrail ilə İran arasında baş verən müharibə Tehranda rejim dəyişikliyi ssenarilərini yenidən gündəmə gətirib. İsrailin Baş […]

Davamını oxu
20.06.2025 ELM VƏ HƏYAT

Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb

ELAZ.İNFO xəbər verir ki, 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Təəssüf ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı […]

Davamını oxu
20.06.2025 GÜNDƏM

İsrailin hava hücumları nəticəsində İranda 639 nəfər həlak olub

ELAZ.İNFO xəbər verir ki, Avropa diplomatiyaya təkan verərkən ikinci həftəyə daxil olur. Reuters yazır ki, İsrail və İranın hava müharibəsi cümə günü ikinci həftəyə qədəm qoydu və prezident Donald Trampın ABŞ-ın potensial iştirakı ilə bağlı hər hansı qərarın iki həftə ərzində veriləcəyini dedikdən sonra Avropa rəsmiləri Tehranı danışıqlar masasına qaytarmağa çalışdılar. İsrail ötən cümə günü […]

Davamını oxu
20.06.2025 HADİSƏLƏR

İranı məğlubiyyətə razı olmağa məcbur edə bilməyəcəklər

İran raketləri ilə bağlı bəzi əlavə məqamları da nəzərdən keçirək. Əvvəlki hissədə qeyd etmişdik ki, İranın zəif cəhətlərindən biri onun raket buraxma qurğularının (RBQ) sayının məhdud olmasıdır. İsrail sistemli şəkildə onları aşkar edir və raket zərbələri ilə sıradan çıxarır. Bu halda İranın raketləri nə qədər çox olsa da onları ata bilməyəcək. Lakin İranın internetdə yaydığını […]

Davamını oxu
20.06.2025 GÜNDƏM

Çin havaya 11.787 dron qaldırıldı

ELAZ.İNFO xəbər verir ki, Çinin Çuntsin şəhərində işıq şouları sahəsində yeni Ginnes rekorduna nail olunub – havaya eyni zamanda 11.787 dron qaldırılıb. (!) Bu sıradan şou-xəbər kimi görünə bilər. Lakin əslində hadisə strateji əhəmiyyətlidir. Artıq hamı bilir ki, müasir müharibədə qabaqcıl dron texnologiyalarına malik olmaq böyük, bəzən həlledici üstünlükdür. Yüzlərlə dron hücumuna qarşı hələlik heç […]

Davamını oxu
20.06.2025 GÜNDƏM

Çubuq Trampın ağzından çıxıb və o, yerə yaxınlaşır

Trampın indiki vəziyyəti mənə “Səyahətçi qurbağa” təmsilini xatırladır. _______________ Bir dəfə yenə qurbağa ilə dostu ördək dərdləşirlər. Qurbağa: -Sən dünyanı gəzirsən, mən isə ömrüm boyu bu bataqlıqdan uzağa gedə bilmirəm. Mən göylərdə süzmək, dünyanı yuxarıdan seyr etmək, başqa yerlərə səyahət etmək istəyirəm. Ördək: -Axı sənin qanadların yoxdur, uça bilməzsən. Qurbağa: -Bəs dost nəyə lazımdır? Ördək:-Axı […]

Davamını oxu
20.06.2025 HAVA MƏLUMATI

Bu gün hava necədir?

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq. […]

Davamını oxu