23.06.2025 MƏDƏNİYYƏT

Gözəl şeirlər müəllifi- Nigar Rəfibəyli

ELAZ.İNFO xəbər verir ki, 23 iyun azərbaycanlı şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairəsi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi Nigar Rəfibəylinin doğum günüdür. Allah rəhmət etsin! Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olmuşdur. Bakı Pedaqoji Texnikumunu bitirmişdir (1930). Moskvada Pedaqoji İnstitutda təhsilini davam etdirmişdir (1932–1936). Bakı kinostudiyasında […]

Davamını oxu
23.06.2025 HADİSƏLƏR

İlana zəhər verənlər…

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “alkaş” Dmitri Medvedev ABŞ-ın hava zərbələrindən sonra İranın molla rejimi ilə həmrəylik nümayiş etdirmək qərarına gəlib. O əmindir ki, İranda siyasi rejim devrilməyəcək və deyir ki, bir sıra ölkələr İranı öz nüvə silahları ilə birbaşa təmin etməyə hazırdır. Sitat: “Nüvə dövrünün kritik infrastrukturu, görünür, zədələnməyib və ya cüzi zədələnib. Nüvə […]

Davamını oxu
23.06.2025 GÜNDƏM

Dünya uğrunda mübarizə -kim udacaq, kim qalacaq

ABŞ-ın ən kiçik planı İran, ən böyük planı İtaliyadan Yaponiyaya qədər. İranın ardınca, İsrailin və ABŞ-ın yaradacağı Kürdüstanın Türkiyə və Suriya ilə müharibəsi… Yaxın Şərqdən sonra, yenidən Əfqanıstan, daha sonra Pakistan, Şimali Koreya, Çin və nəhayət Rusiya ilə final… Türklərin həmişə şimaldan (Rusiyadan) təhlükəsi Türk olduqları üçün olub, cənubdan (İsrail, ABŞ) təhlükəsi isə müsəlman olduqları […]

Davamını oxu
23.06.2025 CƏMİYYƏT

QHT “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” mövzusunda ictimai müzakirə keçirib 

“Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” ELAZ.İNFO xəbər verir ki, iyunun 20-də Bakı Avrasiya Universitetində Media və Mülki Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi  “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” adlı layihəsi çərçivəsində ictimai müzakirə təşkil edib. Tədbirdə Media və Mülki Cəmiyyət […]

Davamını oxu
23.06.2025 CƏMİYYƏT

Azərbaycan və Özbəkistan xarici işlər naziri Yaxın Şərqi müzakirə ediblər

ELAZ.İNFO xəbər verir ki,Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 21-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbulda keçirilən 51-ci sessiyası çərçivəsində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb. Regionda baş verən son inkişaflardan danışılıb, Yaxın Şərq bölgəsində artan gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının narahatlıq doğurduğu diqqətə çatdırılıb. Natəvan BƏYDİLİ

Davamını oxu
23.06.2025 HADİSƏLƏR

İngilis səyyahı, taciri Conas Hanvey 1743-cü ildə Əfşar imperiyası və Rusiyaya səfər etmiş, 1750-ci ildə Londona qayıtmışdır. Müəllif kitabında Nadir Şahı belə təsvir etmişdir. “Nadir şahın boyu 6 futdan hündürdü, əzəmətli xarakterə malik Şahın bədəni mütənasib və çox güclü formaya malikdir. Günəş və hava onun üzünə daha kişi görkəmi bəxş edib. Onun qeyri-adi dərəcədə yüksək […]

Davamını oxu
22.06.2025 GÜNDƏM

19-cu zərbə dalğası hərəkətə keçirdi

İran İsraildəki hədəflərə 19-cu zərbə dalğasına başlayıb. ELAZ.İNFO xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Qeyd edilir ki, İran İsrailə qarşı PUA və ballistik raketlərdən istifadə edir. İranın konkret hansı obyektləri hədəf aldığı barədə hələlik heç nə yazılmır. Günel GÜNTAC

Davamını oxu
22.06.2025 GÜNDƏM

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, iyunun 24-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Naxçıvan MR, Ağstafa, Qazax, Gəncə, Samux, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Goranboy, Daşkəsən, Naftalan, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı, Yevlax, Laçın, Şabran, Şəki, Zaqatala, Balakən, Qax, […]

Davamını oxu
22.06.2025 GÜNDƏM

Leysan olacaq, dolu ehtimalı var

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, iyunun 24-dək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel […]

Davamını oxu
22.06.2025 HAVA MƏLUMATI

Bu gün hava necədir?

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın əksər rayonlarında […]

Davamını oxu