11.07.2025 MƏDƏNİYYƏT

Türk insanı üçün ANA müqəddəs bir varlıqdır

Bu gün aktual mövzulardan biri də qadın kişi bərabərliyidir. İndi çox xanımlarımız bu bərabərliyi səhf başa düşərək, kişilərin geyiminə şərik çıxmaqda, süni əzalarda görürlər. Əslində bərabər olmaq bu deyil. Türk dünyası həmişə qadına ana kimi, həyat yoldaşı kimi baxaraq ən uca zirvədə görüb. 1901-ci il oktyabrın 7-də böyük xeyriyyəçi Zeynalabdin Tağıyevin təşəbbüsü və bir neçə […]

Davamını oxu
11.07.2025 MARAQLI

Srebrenitsa Soyqırımı- insanlıq tarixinin qara ləkəsi

ELAZ.İNFO xəbər verir ki, 11 iyul Srebrenitsa Soyqırımının 30-cu İldönümüdür. İnsanlıq tarixinin qara ləkəsi olan Srebrenitsa soyqırımının 30-cu ildönümündə şəhid olan bosniyalı qardaşlarımızı dərin ehtiramla anır, Allahdan rəhmət, yaxınlarına səbir diləyirik. Unutmadıq, unutmayacağıq… Əli İBRAHİMOV

Davamını oxu
11.07.2025 GÜNDƏM

Danışıqlarda Ukrayna stol arxasında yox, stol üstündədir

II Dünya Müharibəsində Kursk döyüşündən (5-16 iyul 1943) sonra Almaniyanın məğlub olacağı artıq hamıya aydın oldu. Məsələ yalnız bunun nə vaxt baş verəcəyində idi. Həmin dövrdən başlayaraq dünya nəhəngləri (o vaxt üçün – SSRİ, ABŞ və Britaniya) dünyanın müharibədən sonrakı bölüşdürülməsi (təsir dairələri) haqqında gizli danışıqlara başladılar. Belə danışıqların nəticələri ən yüksək səviyyədə aşağıdakı konfranslarda […]

Davamını oxu
11.07.2025 İQTİSADİYYAT

İki ölkəni un  brendi yenidən bir araya gətirir

 ELAZ.İNFO xəbər verir ki,Qazaxıstan ununun Azərbaycana yeni birgə brend altında yaxın vaxtlarda ilk tədarükünü həyata keçirməyi planlaşdırılır Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının işçi görüşü zamanı əldə edilən işgüzar razılaşmada Qazaxıstanın Azərbaycan səfiri Alim  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının həmsədri Dauren Bimov və Şuranın Azərbaycandan yeni təyin olunmuş həmsədri […]

Davamını oxu
11.07.2025 HADİSƏLƏR

Tərəflər arasında psixoloji və digər problemlər yoxdur

Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi görüşünün əhəmiyyəti böyüdür. Bu görüşdə konkret sənəd imzalanmasa da, hər iki ölkə rəhbərlərinin belə geniş tərkibdə ilk görüşü idi. Nümayəndə heyətinin tərkibi görüşdə müzakirə edilməsi ehtimal olunan məsələlərin dairəsinin kifayət qədər geniş olduğunu deməyə əsas verir. Bu görüşün vasitəçilərsiz keçirilməsi o deməkdir ki, Azərbaycan və Ermənistan […]

Davamını oxu
11.07.2025 İDMAN

Parataekvondoçumuz gümüş medal qazandı

ELAZ.İNFO xəbər verir ki, 58 kq çəki dərəcəsində parataekvondo üzrə Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medala layiq görülüb. Qazaxıstanlı, özbəkistanlı və taylandlı rəqiblərinə qalib gələn parataekvondoçumuz finala vəsiqə qazanıb. Məlumat üçün bildirək ki, turnir Cənubi Koreyanın Çxunçxon şəhərində keçirilir. Günel GÜNTAC

Davamını oxu
11.07.2025 CƏMİYYƏT

Azərbaycanda 38836 uşaq doğulub

ELAZ.İNFO xəbər verir ki, bu ilin yanvar-may aylarında Azərbaycanda 38836 uşaq doğulub. Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, “Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb”. Doğulan körpələrdən 1264-ü əkiz, 57-si isə üçəm olub. ELAZ.İNFO

Davamını oxu
11.07.2025 GÜNDƏM

Temperatur yüksələcək

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, iyulun 12-15-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, Naxçıvan MR-da, eyni zamanda Aran rayonlarında 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda isə 27-32 dərəcə isti olacağı gözlənilir.

Davamını oxu
11.07.2025 HAVA MƏLUMATI

Sabah hava necə olacaq?

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Bakıda və  Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq. Azərbaycanın rayonlarında hava […]

Davamını oxu
11.07.2025 CƏMİYYƏT

Şəhid ailələrinin üzvləri olan müəllimlərə vakansiya seçimində öncəlik veriləcək

ELAZ.İNFO xəbər verir ki, respublika üzrə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi bu gün bitib.65 mindən çox müəllimin iştirakı ilə keçirilən imtahanla bağlı ətraflı məlumat bu günlərdə geniş ictimaiyyətə çatdırılacaq. Məlumat üçün bildirək ki, MİQ üzrə müsabiqədə minimum bal toplayan Şəhid ailələrinin üzvləri olan müəllimlərə vakansiya seçimində öncəlik veriləcəkdir. Günel GÜNTAC

Davamını oxu