Unudulmazlar- Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Şövqiyar Abdullayev
ELAZ.İNFO xəbər verir ki, 27 avqust Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Şövqiyar Abdullayevin şəhidlik zirvəsinə ucaldığı gündür. Allah bütün Qəhramanlarımıza rəhmət etsin inşallah. Şövqiyar Cəmil oğlu Abdullayev 1969-cu il 5 apreldə Qədim Göyçə mahalı Basarkeçər rayonunun Nərimanlı kəndində dünyaya gəlmişdir. 1986-cı ildə Nərimanlı kəndində orta məktəbi əla qiymətlərlə bitirmiş, Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. […]
