29.09.2025 ELM VƏ HƏYAT

Böhtan və şərə qarşı həm hüquqi, həm də mənəvi mübarizə aparmaq vacibdir

İnsan ömründə ən ağır sınaqlardan biri şərə düşmək, böhtana məruz qalmaqdır. Çünki böhtan insanın yalnız nüfuzunu deyil, həm də ailəsini, mənəvi dünyasını və həyat eşqini sarsıdır. Ən ağrılısı isə odur ki, bəzən bu zərbəni yadlardan deyil, çörək verdiyin, süfrəndə əyləşdirdiyin, inandığın və güvəndiyin adamlardan almaq olur. Tarix də, ədəbiyyat da göstərir ki, böhtanın dağıdıcı gücü […]

Davamını oxu
29.09.2025 CƏMİYYƏT

Unudulmazlar- Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Eldar Ağayev

ELAZ.İNFO xəbər verir ki, 29 sentyabr Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Eldar Ağayevin doğum günüdür. Allah bütün Qəhrəmanlarımıza rəhmət etsin! Məlumat üçün bildirək ki, Eldar Ağayev 1955-ci il 29 sentyabrda Gürcüstan SSR-nin Tbilisi şəhərində hərbçi ailəsində dünyaya gəlmişdir. O, 6 yaşı olanda atasının hərbi xidmətinin başa çatması ilə əlaqədar ailəsi ilə birlikdə Bakıya köçür. […]

Davamını oxu
29.09.2025 CƏMİYYƏT

İkinci Şəhidlər Xiyabanı Hərbi Memorial Məzarlıq adlanacaq

ELAZ.İNFO xəbər verir ki, İkinci Şəhidlər Xiyabanı (və ya İkinci Fəxri xiyaban) bundan sonra Hərbi Memorial Məzarlıq adlanacaq. Məlumat üçün bildirək ki, bu Məzarlıqda Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçular, Vətənə xidmət zamanı xüsusilə fərqlənmiş zabitlər uyuyur. Ruhları şad olsun! Bəybala MİRZƏYEV Siyasi şərhçi

Davamını oxu
29.09.2025 GÜNDƏM

Mötəbər beynəlxalq tədbirlərin qapıları onun üzünə bağlanıb

Yazının əvvəli bu linkdədir:- https://elazinfo.com/tramp-israilin-q%C9%99rb-sahilini-ilhaq-etm%C9%99sin%C9%99-icaz%C9%99-verm%C9%99y%C9%99c%C9%99y%C9%99m/ -Bəs, Trampın bu bəyanatının ciddiliyinə inanmaq olarmı? Onun yalançı və dəyişkən xarakterli lider olması, qərarlarını və mövqeyini vaxtaşırı dəyişməsi artıq hər kəsə bəllidir. O, tez-tez öz vədlərinin arxasından qaçır. Ancaq görünən budur ki, Tramp bu dəfə vədinin arxasından qaça bilməyəcək. Çünki risk həddindən artıq böyükdür. Tramp-Netanyahu cütlüyünün fələstinliləri Qəzzadan tamamilə […]

Davamını oxu
29.09.2025 HADİSƏLƏR

Tramp: -“İsrailin Qərb sahilini ilhaq etməsinə icazə verməyəcəyəm”

Qəzzada soyqırım törətdiyinə görə, əslində, ABŞ dövləti İsrailin baş naziri Beniamin Netanyahunun Nyu-Yorka gəlməsinə, onun BMT Baş Məclisinin 80-ci yubiley sessiyasında iştirak və çıxış etməsinə izn verməməliydi. Çünki soyqırımçıların yeri yüksək beynəlxalq kürsülər yox, dəmir barmaqlıqlar arxasındakı müttəhim oturacaqlarıdır. Lakin BMT-nin sessiyasında çıxış edən Kolumbiyanın açıq sözlü, cəsur dövlət başçısı Gustavo Petro`nun söylədiyi kimi, “Avropa […]

Davamını oxu
29.09.2025 MARAQLI

Son ucu ölümlü dünya…

Yavuz Bülənt Bakiləri də itirdik. O, bütün Türk dünyasının böyük aydınlarından, işıqlı simalarından biriydi. 89 yaşında vəfat edən araşdırmaçı yazar, publisist və şair Yavuz Bülənt bəy öz ata yurdu Azərbaycanla da bağlı çoxsaylı şeirlər yazmışdı. Onun babaları vaxtilə Qarabağdan Türkiyəyə köçüblər. Kökünü heç vaxt unutmayan Yavuz Bülent Bakiler Azərbaycan haqqında həmişə böyük sevgi, coşqu ilə […]

Davamını oxu
29.09.2025 HADİSƏLƏR

Seçkilər Moldova üçün sözün əsl mənasında “ölüm-dirim” məsələsi idi

Putin taktikanı dəyişib: Gürcüstanı seçkilər yoluyla Rusiyanın təsiri altına salan hiyləgər rus “çar”ı, indi də eyni taktika ilə Moldovanın üzərinə əl qoyur… Bu gün Moldovada növbəti parlament seçkiləri keçirildi. Budəfəki seçkilərdə əsas rəqabət hakim “Fəaliyyət və Həmrəylik Partiyası” (PAS) ilə müxalif “Patriot” bloku arasında getdi. “Patriot” blokunun əsas namizədləri parlamenti ələ keçirmək üçün hər cürə […]

Davamını oxu
29.09.2025 ŞƏRHLƏR

Fikir Mübadiləsi, Dostluq və Siyasi Yalnışların İctimai Tənqidi

ELAZ.İNFO Dostluq və Fikir Mübadiləsi Fikir azadlığı və açıq müzakirə hər bir demokratik cəmiyyətin əsas dayaqlarıdır. Fərqli düşüncələrin sərbəst ifadəsi yalnız şəxsi inkişafı deyil, həm də ictimai tərəqqini təmin edir. Ancaq bəzən fərdlərin mövqeləri ümumi milli mənafeyə zidd ola bilər. Bu halda dostluq, şəxsi əlaqələr və ictimai məsuliyyət arasında balansın necə qorunması xüsusi əhəmiyyət kəsb […]

Davamını oxu
29.09.2025 GÜNDƏM

Moldovada Avropa yönlü partiya qalib gəldi

ELAZ.İNFO xəbər verir ki, Moldovada keçirilən seçkilərdə Aİ-yönlü partiya qalib gəlib. “Rusiyanın seçkilərə müdaxiləsi” ilə bağlı müzakirələrin kölgəsində başlayan parlament seçkiləri yeni müddəti müəyyən edəcək parlament seçkilərini formalaşdırmaqla yekunlaşıb. Məlumat üçün bildirək ki, seçkilərdə iştirak 52 faizə çatıb. Qeyri-rəsmi nəticələrə görə, prezident Maia Sandunun Aİ tərəfdarı siyasət yürüdən Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qalib gəlib. […]

Davamını oxu
29.09.2025 KRİMİNAL

Müəmmalı qətllər

ELAZ.İNFO xəbər verir ki, 31 il öncə dövlət rəhbərlərinə edilən sui-qəsdlərin hələ də səbəbi açıqlanmayıb. O illər sanki müəmmalar ili olub. Bu gün Azərbaycan Respublikasının Prezident yanında Xüsusi İdarənin rəisi polkovnik Şəmsi Rəhimovun  və Azərbaycan Respublikasının Ali Sovetinin sədr müavini, dövlət və ictimai xadim Afiyəddin Cəlilovun sui-qəsd nəticəsində öldürülməsindən 31 il ötür N.B

Davamını oxu