06.10.2025 DÜNYA

Donald Tramp: “O, qəbul etdi, başqa seçimi yox idi”

ELAZ.İNFO xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəs və daimi sülh razılaşmasına “çox yaxın” olduqlarını bildirib. Axios-a verdiyi açıqlamada Tramp bildirib ki, “Bibi (Netanyahu) ilə danışdım və ona -“Bu sənin qələbə şansındır” dedim. O, qəbul etdi, başqa seçimi yox idi”. Məlumat üçün bildirək ki, görüş zamanı Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS […]

Davamını oxu
06.10.2025 DÜNYA

Kuba Rusiyaya muzdlu əsgər göndərir?

ELAZ.İNFO xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andriy Yusov Floridada Kuba əsilli respublikaçı deputatların keçirdiyi brifinqdə danışıb. Yusov, azı 1000 kubalının Rusiya hərbçiləri ilə müqavilə imzaladığını və onlardan 39-nun öldüyü təsdiqləndiyini bildirib. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya tərəfindən işə götürülən kubalıların ümumi sayı 20 minə qədər ola bilər. Yusov bildirib ki, […]

Davamını oxu
06.10.2025 GÜNDƏM

Planları baş tutmayacaq

Dünya mətbuatı ABŞ, Britaniya təyyarələrinin, aviatankerlərinin və hərbi gəmilərinin yenidən Yaxın Şərqə toplanması barədə məlumatlar yayır. “Pizza indeksi” də Pentaqonda fasiləsiz təcili iş getdiyindən xəbər verir. Axırıncı dəfə belə hal İsralinin İrana hücumu ərəfəsində baş vermişdi. Bəs indi bu nəyin simptomu ola bilər? Məncə, bu dəfə 3 hücum hədəfindən biri ola bilər: İran. Hazırda İran […]

Davamını oxu
06.10.2025 MARAQLI

Heç kim onların köməyinə gələ bilməz

ABŞ Karib dənizində Venesuela sahillərində daha bir qayığı partlatdı. Qayıqda 4 nəfər var idi. ABŞ deyir ki, onlar guya narkokuyerlər idilər. Xatırladıram ki, son 30 gündə bu ABŞ hərbçilərinin Karib dənizdində eyni motivlə partlatdığı 3-cü qayıqdır. Bu qayıqlarda ölənlərin ümumi sayı 10-dan çoxdur. İndi gəlin, hadisənin hüquqi tərəflərinə baxaq: -ABŞ hansı əsasla bu qayıqda olanları […]

Davamını oxu
06.10.2025 MARAQLI

Zelenskinin yeni tamaşası

The American Conservative nəşri (ABŞ) “Putinə təzyiq: üç pərdəli pyes” başlıqlı məqaləsində yazır ki, Kiyev Rusiyanı qorxutmaq və ABŞ-ı müharibəyə cəlb etmək üçün tamaşa təşkil edib. Rusiyadan gələn “təhlükələr” haqqında xəbərlərin son dalğası – Avropa üzərindən pilotsuz təyyarələrdən tutmuş Ukraynaya Tomahavk raketlərinin verilməsi ilə bağlı şayiələrə qədər – diqqətlə hazırlanmış ssenaridən başqa bir şey deyil. […]

Davamını oxu
06.10.2025 ŞƏRHLƏR

Rəsmilər bu xəbəri təsdiqləməyib

…Deyirlər, İranın fars-molla rejiminin əsas siyasi simvollarından biri olan hicab (təsəttür, baş örtüsü) məcburiyyəti ləğv olunub. Bununla əlaqədar hətta Qanunların Məqsədyönlülüyünü Qiymətləndirmə Mərkəzi Şurasının üzvü Məhəmmədrza Bahonər`in açıqlama verdiyini də bildirirlər. “Azad İran” Telegram kanalının məlumatına görə, M.Bahonər belə deyib: “Hüquqi və məhkəmə nöqteyi-nəzərindən, hicab qanun layihəsi artıq icra oluna bilməz. Və artıq, İranda hicab […]

Davamını oxu
06.10.2025 GÜNDƏM

Putinin GürcüArzusu

Moldovada parlament seçkilərini uduzan Putin, Gürcüstanda bələdiyyə seçkilərində qalib gəldi və rusiyayönümlü hakim “Gürcü Arzusu” Partiyasının “qələbə”si təmin olundu, Tbilisidə keçirilən etiraz aksiyası isə xüsusi amansızlıqla dağıdıldı. Kremlin “oyuncağ”ı olan milyarder Bdzina İvanişvilinin “Gürcü Arzusu”nun seçki qutularından “qalib” çıxarılması Cənubi Qafqazın gələcəyi üçün xoşagəlməz nəticə oldu. Ermənistan və Azərbaycandan əli üzülən “şər dahisi” Vladimir Putin […]

Davamını oxu
06.10.2025 HADİSƏLƏR

Putin Rusiyası heç kimlə dostluq etməyi bacarmır

Bizim bəzi xalq yazıçılarımız və deputatlarımız hələ də Rusiya ilə “dostluq”dan, “müttəfiq”likdən dəm vursalar da, lakin Kremlin bəslədiyi Sergey Mardan kimi şovinist jurnalistlər, Z-blogerlər isə Azərbaycana və Türküstan ölkələrinə qarşı militarist, təhdidçi çıxışlar etməyə davam edirlər. Budur, avqust ayında Azərbaycanı hədələyən “Solovyov Live”ın aparıcısı Sergey Mardan, bu dəfə Qazaxıstanı “SVO” ilə (Xüsusi Hərbi Əməliyyat) hədələyib. […]

Davamını oxu
06.10.2025 GÜNDƏM

Müharibə “tanqo”su…

Putinin “Valday” konfransındakı çıxışında NATO-nu hədəf alması və Rusiyanın guya Ukrayna ilə deyil, bütövlükdə NATO ölkələri ilə, NATO Alyansı ilə döyüşməsi görüntüsünü yaratmağa çalışması bir daha təsdiqlədi ki, bu, həm Putinin özünün, həm də Donald Trampın maraqlarına uyğun öncədən razılaşdırılmış çıxışdır. Bəli, bu gün Rusiyanın məhz NATO ilə döyüşdüyünü sıravi rusiyalıların beyinlərinə ötürmək ideyası Putin […]

Davamını oxu
06.10.2025 GÜNDƏM

Trampın Qəzzada böyük “sülh” oyunu…

Donald Tramp son günlər haqqında tez-tez danışdığı 20 maddədən ibarət “Qəzzada Sülh Planı”nı qəbul etmək üçün HƏMAS-a oktyabrın 5-i saat 18:00-a (Bakı vaxtı ilə bazar ertəsi saat 02:00) qədər vaxt verdiyini açıqlayıb. Tramp bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Bu paylaşım, əslində, HƏMAS-a son xəbərdarlıqdır. “Hər bir ölkə sülh planını imzaladı. Bu son şans […]

Davamını oxu