Boks üzrə Azərbaycan çempionatı keçiriləcək
Yanvarın 22-də boks üzrə Azərbaycan çempionatına start veriləcək. ELAZ.İNFO xəbər verir ki, Boks Mərkəzində yeddi gün davam edəcək çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 31 komandanın 170-dək boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. […]
